Estoniya XİN başçısı: Ermənistan Azərbaycan sülh prosesini yüksək qiymətləndiririk
Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Estoniya Ermənistanla Azərbaycan arasındakı sülh prosesini yüksək qiymətləndirir.
Bunu Estoniya xarici işlər naziri Marqus Tsahkna bildirib.
Nazir qeyd edib ki, Estoniyanın 2026-cı ildə Ermənistanda səfirlik açmaq qərarı barədə məlumat vermək üçün Ermənistan xarici işlər naziri Ararat Mirzoyana zəng edib.
“Bu, Ermənistan-Estoniya münasibətlərində mühüm bir mərhələdir və ölkələrimiz arasında münasibətlərin son illərdə nə qədər sıx inkişaf etdiyini əks etdirir”, – Tsahkna vurğulayıb.
O həmçinin qeyd edib ki, Estoniya Ermənistanla Azərbaycan arasındakı sülh prosesini yüksək qiymətləndirir.
“Biz demokratik islahatların irəliləməsində və Avropa İttifaqına yaxınlaşmaqda Ermənistanı dəstəkləməyə davam edirik”, - diplomat əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 27 Noyabr 2025 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















