Icma.az
close
up
RU
Estoniyanın Tartu Universitetində 27 Sentyabr Anım Günü ilə əlaqədar tədbir təşkil olunub

Estoniyanın Tartu Universitetində 27 Sentyabr Anım Günü ilə əlaqədar tədbir təşkil olunub

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 29 sentyabr, AZƏRTAC

Estoniyanın Tartu Universitetində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Estoniyadakı səfirliyi tərəfindən təşkil olunan tədbirdə Tartu Universitetində təhsil alan azərbaycanlı və əcnəbi tələbələr, eləcə də Estoniyada yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 27 sentyabr tarixinin hər il ölkəmizdə Anım Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb. Səfir bildirib ki, bu gün Vətən müharibəsinin başlanmasından beş il ötür və Azərbaycan xalqı həmin gün tarixə yazılmış qəhrəmanlıq səhifələrini dərin ehtiramla xatırlayır.

Qeyd edilib ki, 2020-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın davam edən işğala son qoyaraq tarixi ədaləti və beynəlxalq hüququ bərpa edib.

Çıxışlarda, həmçinin vurğulanıb ki, postmünaqişə dövründə Azərbaycanın qarşısında duran ən ciddi humanitar problemlərdən biri Ermənistan tərəfindən işğal illərində basdırılmış minaların yaratdığı təhlükədir. Müharibənin başa çatmasından bu günədək 400-dən çox vətəndaşımız mina qurbanı olub. Bununla yanaşı, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi və Ermənistanın törətdiyi cinayətlərə görə məsuliyyətin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Tədbirdə Tartu Universitetinin nəzdində fəaliyyət göstərən “Türk Dili Mərkəzi”nin rəhbəri Xaqani Qayıblı Azərbaycan Ordusunun qazandığı şanlı Qələbənin tarixi əhəmiyyətindən bəhs edib. O, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın qalib dövlət kimi tanındığını, xalqımızın isə məğrur xalq statusu qazandığını vurğulayıb.

Universitetdə təhsil alan azərbaycanlı tələbələr çıxış edərək Vətən müharibəsində şəhid olmuş qəhrəmanların xatirəsinin daim ehtiramla anıldığını, harada yaşamalarından asılı olmayaraq dünya azərbaycanlılarının azərbaycançılıq ideologiyası ətrafında sıx birləşdiklərini qeyd ediblər. Gənclər Azərbaycanın beynəlxalq aləmdə tanıdılması və təbliği işinə bundan sonra da töhfə verəcəklərini bildiriblər.

Tədbir tələbələrin iştirakı ilə interaktiv diskussiya formatında davam edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:32
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Sentyabr 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri