Icma.az
close
up
RU
Ət alarkən mütləq buna diqqət edin Əgər gec bişirsə, deməli… KONKRET

Ət alarkən mütləq buna diqqət edin Əgər gec bişirsə, deməli… KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Bəzən aldığımız dana əti 6–7 saat bişsə də yumşalmır, bəzən isə qısa müddətdə bişir və daha dadlı olur. Bu fərq əsasən ətin cavan və ya yaşlı heyvana aid olması ilə bağlıdır.

Bəs ət alarkən onun tez bişəcəyini, yəni cavan heyvana məxsus olduğunu əvvəlcədən necə müəyyən etmək olar?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən qida elmi üzrə mütəxəssis-ekspert Ağa Salamov bildirib:

“Çox vaxt işbazlar qoca mal ətini “dana əti” adı altında satırlar. Mal ətində danaya nisbətən olein yağ turşuları çox olur. Mal ətinə baxanda, sarı rəngli yağ turşuları görünür. Amma dana ətində ağ rəng çalarında yağlar olur”.

Mütəxəsisin sözlərinə görə, ətin rəngi açıq olmalı və qara-bənövşəyi tonlarda olmamalıdır. Gənc heyvanın əti daha tez bişir, qoca heyvanın əti 6-7 saat qaynadıqdan sonra yumşalır.

Əti dinləndirmək məsələsinə xüsusi toxunan Ağa Salamov qeyd edib:

“Bizim mentalitetdə əti dinləndirmək yoxdur. Əti alan kimi gətirib bişiririk. Bu da əti bişirəndə sərt olmağına gətirib çıxarır. İribuynuzlu heyvanların əti ən azı 12 saat soyuducuda dinlənməlidir. Bu prosesdən sonra əti bişirdikdə, yumşaq olacaq. Əti etibarlı qəssablardan almaq lazımdır. Xüsusən də səhər gözünüzün qabağında kəsilən heyvanın ətini alsanız daha yaxşıdır. Çox vaxt əlində inək əti olur və müştəriyə həmin məhsulu “dana əti” adı altında satır”.

Dəniz Pənahova
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Mart 2026 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see311

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see308

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see306

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see305

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see296

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see291

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see287

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see262

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see258

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see254

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see251

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see251

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see249

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see240

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see238

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see237

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see236

Hesablama Palatasından inflyasiya ilə bağlı proqnoz: Bahalaşma davam edəcək

14 Noyabr 2026 13:59see207

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri