Icma.az
close
up
RU
Balıq alarkən bunlara mütləq diqqət edin, əks halda… KONKRET

Balıq alarkən bunlara mütləq diqqət edin, əks halda… KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Balıq məhsulları yüksək qida dəyərinə malikdir. Ancaq ən tez xarab olan və mikrobioloji cəhətdən riskli qida qruplarına daxildir. Buna baxmayaraq, bəzi ticarət obyektlərində və küçə bazarlarında balıqların üstü açıq şəkildə satılması halları müşahidə olunur. Mütəxəssislər bu praktikanın insan sağlamlığı üçün ciddi təhlükə yaratdığını bildirirlər.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən qida məsələləri üzrə ekspert  bildirib ki, balığın açıq şəraitdə satılması mikroorqanizmlərin onun səthinə və daxili toxumalarına keçməsinə şərait yaradır:

Asim Vəliyev

“Balıq yüksək qida dəyərinə məxsus, tez xarab olan məhsuldur və yüksək risk qrupuna aiddir. Tərkibində suyun, zülalın və mineral maddələrin çox olması bakteriya, parazit və kif göbələklərinin sürətlə çoxalmasına səbəb olur. Balıqların açıq şəkildə satılması xüsusilə də yay aylarında ciddi mikrobioloji risklər doğurur. Küçə tozu, hava axını, milçəklər və digər həşəratlar vasitəsilə salmonella, listeria kimi xəstəlik törədən bakteriyalar balığa düşə bilər.”

Ekspertin sözlərinə görə, temperatur rejiminin pozulması da əsas təhlükə mənbələrindəndir.

“Balıq otaq temperaturunda qaldıqca, onun səthində və daxili toxumalarında mikroorqanizmlər sürətlə çoxalır. Soyuq zəncirin pozulması nəticəsində balıq qısa müddətdə xarab olur və toksinlər əmələ gəlir. Bu toksinlər istilikdə də məhv olmur.”

Asim Vəliyev əlavə edib ki, çirklənmiş su, alətlər və gigiyenik normalara əməl edilməməsi də yoluxma riskini artırır:

“Balıqların yuyulması və təmizlənməsi zamanı istifadə olunan suyun keyfiyyəti, bıçaq və taxtaların təmizliyi çox vacibdir. Gigiyenik qaydalar pozulduqda balığa E.coli və digər bağırsaq mənşəli bakteriyalar keçə bilər.”

Ekspert vurğulayıb ki, bu cür halların qarşısını almaq üçün balıqların yalnız soyuducuda, buz üzərində və üstü örtülü vitrinlərdə satılmasına icazə verilməlidir.

“Satış və daşınma zamanı sanitar normalara əməl olunmalı, satıcıların şəxsi gigiyena qaydalarına diqqət yetirilməli, satış yerləri dövri dezinfeksiya edilməlidir. Bu, həm məhsulun keyfiyyətinin qorunması, həm də insan sağlamlığının təhlükəsizliyi baxımından vacibdir.”

Aynurə İsmayıl
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 Oktyabr 2025 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri