Ət bahalaşdı, bəs toy menyularının QİYMƏTİ? Şadlıq saraylarından AÇIQLAMA
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Son vaxtlar mal ətinin qiymətində ciddi artım müşahidə olunur. Xatırladaq ki, əvvəl 22-23 manata satılan quzu əti indi 30 manata satılır. Bunun səbəbi isə heyvanlar arasında yayılan dabaq xəstəliyidir.
Əlbəttə, ətin qiymətinin artması vətəndaşlarda, xüsusilə şadlıq məclisləri etmək istəyənlərdə narahatlıq yaradır. Çünki bilirik ki, Azərbaycan toyları, məclisləri ətsiz, kababsız olmur.
Bəs bu bahalaşmadan sonra toy etmək istəyənləri əlavə xərc gözləyir? Şadlıq saraylarının menyularında qiymət dəyişikliyi var?
Bizim.Media-nın əməkdaşı mövzuyla bağlı həm qiyməti münasib, həm orta, həm də bir qədər yüksək olan şadlıq saraylarıyla əlaqə saxlayıb.
İlk olaraq, münasib şadlıq saraylarından birindən bildirdilər ki, menyunun qiyməti 1 nəfər üçün 28 manatdır.
Ətin qiymətinin artması isə hələki bu qiymətə təsir etməyib. Ancaq qiymətin artıb-artmayacağı hələ məlum deyil.
İkinci olaraq, orta qiymətə menyu təklif edən iki şadlıq sarayıyla əlaqə saxladıq.
Hər ikisindən bildirdilər ki, qiymətlərdə dəyişiklik yoxdur. Hətta onlardan biri dedi ki, ətin qiyməti artsa da, bu menyuya təsir etməyəcək. Digərinin sözlərinə görə isə menyular 55 manatdan başlayır və ətin yüksələn qiyməti öncədən danışılan qiymətin dəyişməsinə səbəb olmur.
Qiymətlərin daha yüksək olduğu şadlıq sarayından isə bildirildi ki, menyunun qiyməti bir nəfər üçün 250 manatdan başlayır və ətin artan qiyməti menyunun qiymətini artırmayıb.
Nəzrin Mirzəyeva, Bizim.Media
Baxış sayı:23
Bu xəbər 21 Noyabr 2025 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















