Icma.az
close
up
RU
Cəmi 2 il dözsək: Azərbaycanda 80 milyard dollarlıq “yasdıq” var

Cəmi 2 il dözsək: Azərbaycanda 80 milyard dollarlıq “yasdıq” var

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Bu il Azərbaycan büdcəsində neftin 1 barelinin qiyməti 65 dollardan götürülüb. 

Ancaq hazırda baş verən bir sıra proseslərin, o cümlədən neft hasilatçısı olan Venesuela Prezidenti Nikolas Maduronun tutulmasının neft qiymətlərinə necə təsir edəcəyi, qiymətlərin daha da ucuzlaşmasına gətirib çıxaracağı aktualdır. 

“Cebheinfo.az” xəbər verir ki, iqtisadçı-ekspert Natiq Cəfərli cari ildə neft qiymətlərinin hansı istiqamətdə dəyişəcəyi bağlı suallara aydınlıq gətirib: 

-Neft 2026-cı ildə ucuzlaşacaqmı? 

-Bəli, bu il neftin ortalama (illik) qiymətləri 45-55 dollar arası olacaq.

- Neftin ucuzlaşması niyə baş verəcək? 

- Dünyada neft bolluğu yaşanır, hələ ki, OPEC+ süni şəkildə qiymətləri 60 dollar civarında tuta bilib, amma, bu uzun müddət davam etməyəcək. Bundan başqa, bu il ABŞ-də ara seçkiləridir, respublikaçılara ucuz neft-benzin lazımdır, çünki orta statistik ABŞ seçicisinin xarici siyasət, Ukrayna, Rusiya, İran marağında deyil, hər səhər maşınına vurduğu benzinin qiyməti onun qərar verməsində birbaşa rol oynayır. 

Bundan başqa, ABŞ-də daxili yükdaşımaların 70%-ə yaxını yük avtomobilləri ilə həyata keçirilir ki, bu da mal-məhsulların maya dəyərinə ciddi təsir göstərir. Benzin və dizel yanacağı ucuzlaşdıqca, ölkə daxilində qiymətlər də düşür, inflyasiya azalır ki, bu da seçkidə respublikaçılar üçün əlavə səs-seçici deməkdir,

- Azərbaycana ucuz neft qiymətləri necə təsir göstərəcək?

- Məmləkətin problemi tək ucuz neft deyil, həm də hasilatın kəskin azalmasıdır. İndiki primitiv iqtisadi modelə baxsaq aydın olacaq ki, neft 45-50 dollar arası olsa, ÜDM göstəriciləri, maksimum, 1% civarında olacaq, ticarət dövriyyəsində mənfi saldo yaranacaq, ölkəmizə daxil olan valyutanın həcmi azalacaq. 

Amma ucuz neftin birbaşa büdcəyə təsiri məhduddur – Neft Fondu neftin qiymətindən asılı olmayaraq, büdcəyə nəzərdə tutulduğu qədər pul köçürəcək. Büdcəyə təsiri neft şirkətlərinin vergilərinin kəskin azalması ilə olacaq – bu il SOCAR, Bp (ABƏŞ) və digər neft şirkətlərinin büdcəyə ödədiyi vergilər azalacaq.

- Azərbaycan hökuməti nə etməlidir?

- Ötən həftə Özbəkistan Prezidentinin qızı, bu ölkənin Prezident Administrasiyasının rəhbəri Saida Mirziyoyeva geniş müsahibə verib və deyib ki, ölkədə ciddi islahatlar olacaq, ilk növbədə məhkəmə və hüquq-mühafizə orqanları dəyişəcək ki, iqtisadiyyatda ciddi artım baş versin. Bəli, iqtisadi islahatlar məhz hüquq-mühafizə və məhkəmə orqanlarından başlamalıdır, bu, birmənalı olaraq belədir. 

Digər məsələ isə odur ki, Azərbaycanın 80 mlrd. dollara yaxın təhlükəsizlik “yasdığı” var – hökumət bu “yasdıqdan” sadəcə “yatmaq” üçün istəfadə edir, bu yolverilməzdir, 80 mlrd. dollar bizə 2-3 il rahat və sürətli islahatlar aparmaq üçün sərbəstlik verir, bu fürsəti indi qaçırsaq, o yasdığı yeyib-bitirəcəyik, sonra çox ağır durumla qarşı-qarşıya qalacağıq.

Hökumətin əsas yanlışı odur ki, büdcə gəlirlərinin azalmasını 1 nömrəli problem kimi görür, bu məsələni həll etmək üçün daha böyük yanlışa gedərək vergi-rüsum-cərimələri artırır. Halbuki, ölkənin 1 nömrəli problemi iqtisadi aktivliyin, əlavə dəyərin yaranma sürətinin zəifləməsidir! 

Hökumət baxışını, prioritetlərini dəyişməlidir, əsas problemi iqtisadi daralma kimi görsələr, ilk bu məsələni həll etmək üçün addımlar atmaq lazım gələcək ki, bu da, tam tərsinə, vergi-rüsum-cərimələrin azalmasını mütləq edir. 

Bəli, bu zaman ilk 2 ildə büdcəyə daxilolmalar azalacaq, amma bunun üçün də 80 mlrd. dollarlıq “yasdıq” var. Sonra hər şeyi doğru etsək, cəmi 2 ilə iqtisadi aktivliyin, əlavə dəyər yaratma sürətinin artması hesabına büdcəyə indikindən daha çox daxilolmalar baş verəcək. Yəni daha az vergi-rüsum-cərimə dərəcələri ilə daha çox pul yığmaq mümkündür.

Nigar Abdullayeva
“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Yanvar 2026 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri