Ət bazarında yeni bahalaşma dalğası gözlənilir İqtisadçı
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ətin qyimətinin yaxın zamanda yenə qalxacağı proqnozlaşdırılır. Buna səbəb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin qəbul etdiyi yeni qərardır. AQTA-nın rəsmi məlumatına görə, bundan sonra ölkəyə idxal olunan heyvanlar yalnız ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınmalıdır.
İstifadə olunan avtomobillər mütləq şəkildə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının "Quruda yaşayan heyvanların sağlamlıq məcəlləsi"nin sərt tələblərinə cavab verməlidir. Bazara ətlik heyvan çıxaranlara belə bir tələbin qoyulması heyvandarlar üçün əlavə vəsait sərfi olacaq ki bu da ətin qiymətinin bahalaşmasını şərtləndirə bilər.
İqtisadçı Natiq Cəfərli hesab edir ki, yenə aşırı tənzimləmə, yenə müdaxilə, yenə Avropa Birliyini iqtisadi "loser"ə çevirən səhvlərin təkraralanması baş verir:
- Bu qədər mənasız tənzimləmə, qadağa, cərimə nəyə lazımdır axı?! Qoyun-quzunu limuzində daşımalıdırlar?! Dədə-babalarımız arabalarda daşıyıblar, nəsə olub o heyvanlara?! Ölkədə onlarla məzmunsuz qurum var, əksəriyyəti ləğv edilməlidir, təcili “kiçik və effektiv” hökumət modelinə keçməliyik, yoxsa iqtisadi daralma sürətlənəcək, iqtisadiyyatın çarxları bir-bir sıradan çıxacaq. Belə qərarlar ancaq qiymətləri artırır, biznes əlavə xərci qiymətin üzərinə gəlir - yəni, AQTA bu qərarla zatən sürətlə artan ət qiymətlərini yenə bahalaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 08 İyul 2026 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















