Icma.az
close
up
RU
Ətdən tamamilə imtina edən tələbə öldü DETALLAR

Ətdən tamamilə imtina edən tələbə öldü DETALLAR

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Böyük Britaniyada gənc qadın ətdən tamamilə imtina etdiyi üçün ölüb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, 21 yaşlı tələbə Corcina Ouen kəskin psixoz vəziyyəti ilə əlaqədar intihar edib.

Corcina 2016-cı ildə qlobal istiləşmə və ekoloji problemlərlə bağlı dərin narahatlıqları səbəbindən heyvan mənşəli bütün qidalardan imtina edib. Yaxınlarının sözlərinə görə, o, həyatsevər və enerjili bir gənc idi. Lakin 2019-cu ilin sentyabrında tələbə qəfil şəkildə həyatına son qoyub. Bu hadisə onun yaxınlarının Corcinanın veqanlar üçün vacib hesab olunan B12 vitamini əlavələrini qəbul etməyi dayandırdığını fərq etməsindən cəmi bir ay sonra baş verib.

Mütəxəssislər bildirirlər ki, B12 vitamini qan yaranması, DNT sintezi və sinir sisteminin normal fəaliyyəti üçün həyati əhəmiyyət daşıyır. Bu vitamin əsasən ət, yumurta, süd məhsulları və dəniz məhsullarında təbii şəkildə mövcuddur. Buna görə də veqan qidalanmasına üstünlük verən şəxslərin onu əlavə vasitələrlə qəbul etməsi tövsiyə olunur. B12 çatışmazlığı adətən anemiya, xroniki yorğunluq və koordinasiya problemlərinə səbəb olsa da, ən təhlükəli nəticələrindən biri psixi sağlamlığa ciddi təsir göstərməsi hesab edilir.

Məhkəmə araşdırması zamanı məlum olub ki, Corcina vəziyyəti düzəltmək məqsədilə internet üzərindən Kanadadan xüsusi vitamin spreyi sifariş edib. Lakin ölümündən sonra aparılan ekspertiza və qan analizləri onun orqanizmində B12 səviyyəsinin kritik dərəcədə aşağı olaraq qaldığını göstərib. Tələbənin son həftələrdə davranışlarının qeyri-sabit olduğu, şəxsi gündəliklərində isə psixi vəziyyətinin sürətlə pisləşdiyi qeyd olunub.

İşi araşdıran Elizabet Qrey bildirib ki, faciədən əvvəl Corcina bəşəriyyətin gələcəyi və həyatının mənası barədə qaranlıq düşüncələrə qapılıb. O, meditasiya ilə maraqlanmağa başlayıb və ailəsinə yaşadığını dediyi, onu ciddi şəkildə narahat edən bədəndənkənar təcrübə barədə danışıb.

Valideynləri qızlarına psixoloji dəstək göstərməyə çalışır, onu universitetə qayıtmağa hazırlayırdı. Corcina isə hətta həftəsonu sörfinqlə məşğul olmağı planlaşdırırdı. Lakin sentyabrın 19-da o, otağında boğulma vəziyyətində tapılıb. Həkimlər reanimasiya tədbirləri nəticəsində ürək fəaliyyətini bərpa etsələr də, gənc qadın iki gün sonra xəstəxanada vəfat edib.

Araşdırma çərçivəsində üç müstəqil tibbi ekspert vitamin çatışmazlığının Corcinanın koqnitiv funksiyalarına təsirini ətraflı təhlil edib. Mütəxəssislər intihardan əvvəl onda ciddi psixozun inkişaf etdiyini təsdiqləyiblər. Tələbədə narahatlıq, orientasiya pozğunluğu, gündəlik qərarlar qəbul etməkdə çətinlik və davamlı yorğunluq müşahidə olunub ki, bu da sonradan ağır sayıqlama vəziyyətlərinə gətirib çıxarıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://lent.az
archiveBu xəbər 10 İyun 2026 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see551

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see499

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see378

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see318

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see270

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see249

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see241

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see222

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see216

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see212

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see204

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see202

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see198

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see192

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see191

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see185

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see184

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see180

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri