Etibar Əliyev: Türkiyə futbol oynaya bilmir
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
“Futbol üzrə dünya çempionatında Özbəkistan yığma komandası Portuqaliya yığma komandasına 5:0 hesabı ilə məğlub oldu. Özbəkistanın ötən əsrin 70-ci illərində “Paxtakor” klubu böyük uğurlara imza atmışdı. Lakin 11 avqust 1979- cu ildə dəhşətli təyyarə qəzasında klubun 17 futbolçusu həlak oldu. Bununla da futbol məktəbi sıradan çıxdı”.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə təhsil eksperti Etibar Əliyev "Facebook” səhifəsində yazıb.
O qeyd edib: “İndi futbolun fəlsəfəsi dəyişib. Dünya çempionu olan ölkələr ənənəyə söykənirlər. Misal olaraq, Braziliya, Argentina, Almaniya kimi ölkələrin adını çəkə bilərik.
Fikrimcə, Özbəkistan, Türkiyə və dünya çempionatında oynaya bilməyən ölkələr futbola xərclədikləri milyonlarla dollar vəsaiti elmə və təhsilə xərcləsələr daha yaxşı olar. İnsan kapitalının inkişafı hər şeydən önəmlidir.
Potensial yoxdur və futbol tamamilə başqa fəzadə yerləşir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 24 İyun 2026 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















