Icma.az
close
up
RU
Etibar Məmmədov: “Azadlığın bədəlini öyrədən Cəbrayıl”

Etibar Məmmədov: “Azadlığın bədəlini öyrədən Cəbrayıl”

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Bu gün Cəbrayıl şəhərinin azad olunmasından 5 il ötür.

“Cebheinfo.az” xəbər verir ki, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Cəbrayıl rayon təşkilatının sədri, Qarabağ qazisi Etibar Məmmədov bu günlə bağlı fikirlərini bölüşərək bildirib ki, Cəbrayılın uzun illər işğal altında qaldığı dövr xalqımızın azadlıqdan məhrum olduğu, məcburi köçkünlüyün isə həyatımıza hakim kəsildiyi illər idi:

“Torpaq işğal olunanda azadlığın dəyərini daha dərindən anlayırsan. Biz Cəbrayılı itirməklə təkcə yurdumuzu deyil, azad yaşamaq hissimizi də itirmişdik. Məcburi köçkünlükdə insan bir otaqda yaşayır, amma qəlbi doğma torpaqda qalır. Mən Qarabağ qazisi kimi deyə bilərəm ki, insan azadlığını itirəndə hər şeyini itirir”.

Cəbrayılın işğaldan azad edildiyi 2020-ci ilin oktyabr günlərinin həyatının ən xoşbəxt anı olduğunu deyən Etibar bəy, Cəbrayılın adının ilk azad edilən rayon kimi tarixə düşməsindən qürur duyduğunu bildirib:

“O xəbəri eşidəndə düşündüm ki, artıq xalqımız öz azadlığını bərpa etdi. Azadlıq - yalnız torpağın işğaldan qurtuluşu deyil, həm də millətin şərəfinin, kimliyinin, qürurunun qaytarılmasıdır. Azadlıq xalq üçün nəfəs, həyat, varlıq deməkdir. Bu qələbə bizə göstərdi ki, heç bir xalq azadlıqdan məhrum ola bilməz. İllərdir hər gecəmiz Cəbrayıl idi. Allah ordumuzu qorusun, şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qazilərimizə uzun ömür, can sağlığı versin. Uca Tanrı dövlətimizi, millətimizi qorusun”.

Azadlıqdan sonrakı dövrdə Cəbrayıl torpaqlarında görülən işləri, Vətənə qayıdışı xüsusi sevinc və qürurla izlədiyini deyən VHP nümayəndəsi işğal illərində yaşanan çətinlikləri və didərginlik həyatını ağrı ilə xatırladığını bildirib:

“Ac-susuz, naəlac, min bir zillətlə didərgin düşmüşdük el-obamızdan. Hər dəfə düşünürdük, xəyal edirdik ki, görəsən, bizə qismət olacaq Cəbrayılı görmək, oraya geri qayıtmaq?

Çox şükür ki, müzəffər Ordumuz sayəsində xəyallarımıza qovuşduq. Bundan gözəl gün ola bilməz, bu gün sanki biz yenidən doğulduq, yenidən gəldik bu həyata. Azadlıq qazanmaq çətin idi, amma onu qorumaq və yaşatmaq daha da böyük məsuliyyətdir.

Bu gün Cəbrayılda tikinti, quruculuq işləri gedir. Yeni yollar, məktəblər, kəndlər, şəhərlər tikilir. Bu torpaqlara həyat verilir. Bu da azadlığın real bəhrəsidir - azad torpaqda quruculuq, inkişaf, həyat mümkündür”.

Etibar bəy bildirib ki, artıq Cəbrayıla köç prosesi başlayıb və bu, azadlığın ən gözəl təzahürüdür:

“Uzun illər köçkün kimi yaşayan insanlar indi azad torpaqlarına qayıdırlar. Bu, sadəcə evə dönüş deyil, azadlığa dönüşdür. Mənim üçün ən təsirli məqam odur ki, uşaqlar artıq məcburi köçkün deyil, azad vətəndaş kimi böyüyürlər. Cəbrayılın azadlığı bütün Azərbaycanın azadlıq yolunun simvoludur.

Biz bu gün azadıqsa, bu, şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı hesabınadır. Azadlıq millətin varlığının əsasıdır. Onu qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürmək hər birimizin borcudur. Mən inanıram ki, Cəbrayıl azadlıq ruhunun əbədi yaşadığı bir məkan olacaq”.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Oktyabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri