Icma.az
close
up
RU
SABİQ NAZİRİN OĞLU TƏRTƏR SAKİNİNƏ 11 MİN MANAT “ATIB” Etibar Pirverdiyevin kürəkəni haqda şok iddialar

SABİQ NAZİRİN OĞLU TƏRTƏR SAKİNİNƏ 11 MİN MANAT “ATIB” Etibar Pirverdiyevin kürəkəni haqda şok iddialar

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Tərtər rayonu, İnqilab Ağayev küçəsi, ev 14-də yaşayan İsmayılov Nofəl Əhməd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə müraciət edən şikayətçinin müraciətini olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Mən, İsmayılov Nofəl Əhməd oğlu, Sizdən xahiş edirəm ki, problemimin həll olunmasına dair göstəriş verəsiniz.

Bildirim ki, 25 may 2023-cü il tarixdən “Kaspian Road” şirkətində işə başlamışam. İş “GİPON” internet layihəsinin tətbiqi ilə bağlıdır. Füzuli rayonunun Aşağı Molla Məhərrəmli, Arayatlı, Babı, Əhmədbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərində İnternet xətləri çəkmişik.

2023-cü ilin 30 dekabr tarixində zəng gəldi ki, müqavilənizə xitam verilir. Xahiş etdim ki, xitam haqqında əmri “WhatsApp” vasitəsilə mənə göndərsinlər. Məlum oldu ki, heç müqavilə belə, olmayıb.

Mən, Füzuli rayonu üzrə layihə rəhbəri olmuşam. Təəssüflə qeyd edirəm ki, işə qəbul edən zaman məni aldadıblar.

Hazırda şirkətdən 11 min manat alacağım var.

Şirkət keçmiş rabitə naziri Əli Abbasovun oğlu, “Azənerji”nin sabiq rəhbəri Etibar Pirverdiyevin kürəkəni Eldar Abbasova məxsusdur. Dəfələrlə şikayətimlə bağlı şirkətə müraciət etmişəm. Bildirmişəm ki, hissə-hissə də olsa əmək haqqımı verin.

Şirkətdən bildirirlər ki, imkanımız yoxdur.

Laçın rayonunda 3 min manatlıq iş görmüşük.  Mənə deyirlər ki, vergiyə borcumuz var. Vergidən onlara aid olan bildirişi də mənə göndərirlər.

Cənab Prezident!

Sonradan öyrənmişəm ki, “GİPON” layihəsinin tətbiqinin həyata keçirilməsi üçün “Azinvest” şirkətindən aldıqları avansı da Laçın rayonundakı işə sərf ediblər. İndi konkret olaraq deyirlər ki, pulunu vermirik.

Özüm xəstə adamam, 59 yaşım var. Şəkər, hipertoniya, insult, infarkt, ürəyin açıq əməliyyatı, böyrək çatışmazlığı və sair  xəstəliklərdən əziyyət çəkirəm. Ailəmi dolandırmaq, evimə çörək pulu qazanmaq üçün xəstə halımla işləmişəm.

Mən Sizdən ailəm və öz adımdan xahiş edirəm ki, mənə qarşı olunan bu haqsızlığa son qoyulmasına göstəriş verin. Nəzərə alın ki, mən şirkətdən sadəcə öz zəhmətimin qarşılığını tələb edirəm”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 Yanvar 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see220

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see158

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see151

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see142

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri