Icma.az
close
up
RU
Etibarlı və sadiq təminatçı

Etibarlı və sadiq təminatçı

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın qaz nəql etdiyi ölkələrin sayı 12-yə çatıb

Azərbaycan dekabrın 1-dən etibarən Avropa İttifaqının (Aİ) daha bir ölkəsinə - Slovakiyaya qazın nəqlinə başlayıb. Belə ki, Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Slovakiyanın ən böyük dövlət enerji təchizatçısı olan “SPP” şirkətinə qaz təchizatına start verilib. Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniyadan sonra respublikamızın müəllifi olduğu qaz alyansına Slovakiya da qoşulub. Bununla da, enerji tədarükü siyasətini şaxələndirən Azərbaycanın maye yanacaqla təchiz etdiyi ölkələrin sayı 12-yə çatıb.

TAP-ın ixrac coğrafiyası genişlənir

Bu, hələ son deyil, hazırda bir neçə Avropa ölkəsi də öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycandan qaz əldə etməklə bağlı danışıqlar aparır. Bir neçə ay əvvəl keçirilən Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantısında Aİ ölkələri qaz təchizatımızın coğrafiyasının və həcmlərinin artırılması üçün Bakıya müraciətlər edib. Bu, ötən 20 il ərzində Avropa bazarında etibarlı neft təchizatçısı kimi sadiq tərəfdaşa çevrilmiş respublikamıza olan inamın təzahürü olmaqla, qaz əməkdaşlığında da diqqətlərin ölkəmizə yönəlməsini aktuallaşdırır. Region ölkələri digər qaz xətti tranzitlərindən daha çox Cənub Qaz Dəhlizinə üstünlük verir ki, bunun da başlıca səbəbi Azərbaycanın yanacaq amilindən heç vaxt siyasi alət kimi istifadə etməməsi, həmçinin, ədalətli qiymət siyasəti yürütməsi ilə bağlıdır. 

Azərbaycanın ixracını şaxələndirməsi nəql üçün resursların artırılmasını da tələb edir. Bu baxımdan yeni qaz yataqlarındakı blokların hərəkətə gətirilməsi və TAP kəmərinin ötürücülük potensialının genişləndirilməsi istiqamətində davamlı addımlar atılır.

2025-ci ilin hədəfi - 25 milyard kubmetr

Mütəxəssislərin apardığı kəşfiyyat işləri nəticəsində əldə edilmiş qiymətləndirmələrə əsasən, Azərbaycan Xəzər regionunda kifayət qədər qaz ehtiyatlarına malikdir və təsdiq edilmiş ehtiyatların həcmi 2,6 trilyon kubmetr proqnozlaşdırılır. Bu həcm daxili tələbat və ixracla birlikdə ən azı 100 ilə kifayət edir. Bu baxımdan Azərbaycanın Avropa Birliyinin qaz təchizatında uzun illər ərzində dayanıqlı tədarükçü dövlət olacağı şübhəsizdir. Xəzərin Azərbaycan sektorunda yerləşən “Babək”, “Naxçıvan”, “Zəfər-Məşəl”, “Ümid”, “Araz-Alov-Şərq” və “Şəfəq-Asiman” perspektiv strukturlarında proqnozlaşdırılan ehtiyatlar 2,6 trilyondan da çox mənbələrin formalaşmasına əsaslı zəmin yaradır.

Həmin resurslar isə hən qazın ixrac həcmlərini artırmağa, həm də yeni tərəfdaşların bu ailəyə qoşulmasına səbəb olacaq. Qiymətləndirmələrə əsasən, 2025-ci ildə ölkəmzin ixracı 25 milyard kubmetri ötəcək. Həmin yanacağın 11 milyard kubmetri Gürcüstan və Türkiyəyə, qalan 13-14 milyard kub.metri Aİ ölkələrinə yönələcək. Növbəti illərdə ixracın artırılması üçün digər mənbələr də səfərbər olunacaq. Bu isə başqa ölkələrə də qaz nəqlini təmin edə biləcək. Yaxın illərdə Moldova, Avstriya, Albaniyanın da ölkəmizdən qaz alması gözlənilir. Azərbaycan qazının Yunanıstan-Bolqarıstan ötürücü innektor vasitəsilə Bosniya-Hersoqovina və Monteneqroya çatdırılması da nəzərdə tutulur. Beləliklə, Azərbaycandan qaz əldə edən Avropa ölkəsinin sayı 10-u ötmüş olacaq ki, bu da ümumilikdə Avropa Birliyi regionunun təxminən 40 faizinin ölkəmizin sayəsində enerji təhlükəsizliyini təmin etməsini reallaşdıracaq.

TAP türk dövlətlərini də Avropaya bağlaya bilər

Avropa İttifaqı Azərbaycanın liderliyi sayəsində bölgənin digər ölkələrini - Türkmənistan, Özbəkistan, Qazaxıstanın da Cənub Qaz Dəhlizinə qoşulmasnı və bununla da təkcə bu meqamagistraldan Avropaya illik 100 milyard kub.metrə yaxın qaz nəqlinin əldə olunmasına çalışır. Aİ Mərkəzi Asiya-Xəzər regionlarından çoxşaxəli qaz nəqli tranziti şəbəkəsi yaratmaq niyyətindədir. Mərkəzi Asiyanın ehtiyatlarının Avropa bazarına çatdırılması istisna deyil. Artıq bu istiqamətdə də hüquqi-iqtisadi təminatlar yaradılır və bu beynəlxalq öhdəliyi isə ilk növbədə Azərbaycan və Türkiyə öz üzərinə götürüb. 2024-cü ilin iyul ayında Bakıda Azərbaycan və Türkiyə arasında təbii qaz sahəsində imzalanan saziş çərçivəsində Türkmənistan qazının Gürcüstan ərazisi vasitəsilə Türkiyəyə tədarükü ilə bağlı əldə olunmuş razılaşmaya əsasən, Türkmənistan qazı Bakı-Tbilisi-Ərzurum-TANAP vasitəsilə nəql olunacaq, gələcəkdə isə TAP-la Avropaya ixracı nəzədə tutulur.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Dekabr 2024 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri