Icma.az
close
up
RU
Doğulmaq üçün ən pis dövr: Səfəvi Osmanlı müharibəsi və digər səbəblər...

Doğulmaq üçün ən pis dövr: Səfəvi Osmanlı müharibəsi və digər səbəblər...

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İnsanlıq üçün ən dəhşətli dövrlərdən danışanda 17-ci əsrin ağırlığı çox vaxt nəzərdən qaçırılır. Bu müddətdə bəzi insanlar varlanmışdı, lakin dünya eyni zamanda müharibələr, siyasi təlatümlər, inflyasiya və iqlim dəyişikliyinin yaratdığı xaosla əhatələnmişdi. 

Qaynarinfo xəbər verir ki, bu barədə "IFLScience" yazır.

Tarixçilər bu dövrü əsasən "ümumi böhran” adlandırır. Yəni 17-ci əsrin əvvəlindən 18-ci əsrin əvvəlinə qədər davam edən, Avropada və Asiyanın böyük hissəsində genişmiqyaslı münaqişələr və qeyri-sabitliklə xarakterizə olunan bir epoxa.

Məqalədə qeyd edilir: "Bu əsrin nə qədər ağır keçdiyinin göstəricisi olaraq hesab olunur ki, Yer əhalisinin sayı son dəfə məhz bu dövrdə azalıb. Əsas səbəb isə 1600-cü illərdə baş verən inanılmaz sayda müharibələr idi: İngilis vətəndaş müharibəsi, Fransadakı Fronda üsyanları, Səksənillik müharibə, fransız-ispan müharibəsi, birinci ingilis-holland müharibəsi, Polşa-İsveç müharibələri, Hindistanda Moğollar və Marathalar arasındakı qarşıdurmalar, Mancur istilası zamanı Min sülaləsinin süqutu və Osmanlı imperiyası ilə Səfəvilər arasındakı müharibələr - bunlar yalnız bir neçəsidir".

Lakin əsrin ən böyük faciəsi 1618–1648-ci illəri əhatə edən Otuzillik müharibə olub. Bu, qitənin böyük hissəsini yerlə-yeksan edən və demək olar ki, bütün böyük Avropa dövlətlərini cəlb edən tarixin ən ölümcül münaqişələrindən biri kimi tarixə düşüb. Müharibə 8 milyonadək insanın həyatına son qoyub və Mərkəzi Avropanın bir hissəsini dağıntıya çevirib.

Bu əsri daha da ağırlaşdıran amillərdən biri də hava şəraiti olub. Dövrün Avropa rəsmlərinə baxanda qarlı mənzərələrin bolluğu nəzərə çarpır. Bu təsadüfi deyil: həmin vaxtlar Qərbi Avropanın çox hissəsində temperatur təxminən 2°C aşağı düşmüşdü.

"1608-ci ildən başlayaraq Londonda hava o qədər soyuq idi ki, Temza çayı donur, üzərində "buz yarmarkaları" keçirilirdi. Sakinlər donmuş çayda bazarlar qurur, oyunlar oynayır və şənliklər təşkil edirdilər. 19-cu əsrə doğru Temzada güclü don hadisələri nadir hal aldı və bu gün demək olar ki, baş vermir", deyə "IFLScience" qeyd edir.

2011-ci il tədqiqatı isə göstərib ki, Kiçik Buzlaşma Dövrü kənd təsərrüfatına ciddi təsir göstərib, bu isə ərzaq qıtlığı, iqtisadi böhran, narazılıqlar və Avropa boyunca çoxsaylı müharibə, üsyan və qiyamlara yol açıb:

"İqlim məlumatları əhali sayı, müharibələr, sosial narazılıqlar, kənd təsərrüfatı istehsalı, taxıl qiymətləri və əməkhaqqı kimi dəyişkənlərlə müqayisə edildikdə tədqiqatçılar nəticəyə gəlib ki, ümumi böhran 1560–1660-cı illər arasında baş verən qlobal soyuma ilə səbəb-nəticə əlaqəsinə malik idi".

17-ci əsrdə yaşayan insanlar da dövrlərinin nə qədər ağır olduğunu anlayırdı. Məsələn, Çində 1641-ci ildə yazılmış bir sənəddə belə deyilirdi: "Fəlakətlər və üsyanlarla bağlı bütün qəribə hadisələr arasında heç nə bu dövrdən daha pis olmayıb".

İki il sonra İspaniyada çap edilən bir broşürdə yazılırdı: "Bu, sanki hər bir millətin alt-üst olduğu bir dövrdür və bəzi böyük ağıl sahiblərini dünyanın sonunun yaxınlaşdığına inanmağa vadar edir".

"IFLScience "isə yekun nəticədə bildirir: "Tez-tez deyilir ki, biz də zamanın sonlarında yaşayırıq: iqlim böhranı dərinləşir, ətraf mühitin çirklənməsi artır, geosiyasi gərginlik zirvəyə çatıb. Bəlkə də öz fəlakətlərimiz barədə düşünərkən 17-ci əsrə nəzər salmalı və xatırlamalıyıq ki, hər bir böhran gec-tez keçir (lakin yenilərinin yaranması da qaçılmazdır)".

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 04 Dekabr 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri