Icma.az
close
up
RU
Etibarlı tərəfdaş, sadiq təchizatçı...

Etibarlı tərəfdaş, sadiq təchizatçı...

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Almaniya-Azərbaycan iqtisadi əlaqələri üçün yeni imkanlar yaranır

Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Ölkələrimiz arasında iqtisadi əlaqələr yüksək səviyyədədir, Aİ regionunda ən yaxın tərəfdaşlarmızdandır. Eləcə də Azərbaycan Almaniya üçün Cənubi Qafqazda ən vacib iqtisadi partnyordur, tərəflər bu bölgədə icra olunan bir çox strateji layihələrdə birgə təmsil olunub.

Azərbaycan Almaniyanın enerji təminatında mühüm rol oynayan ölkələrdən biridir. Ötən 20 ildə bu ölkəyə neft ixracı sayəsində Almaniyanın enerji-yanacaq kompleksi xeyli inkişaf edib. Bu reallıqları nəzərə alan Almaniya ölkəmizin yürütdüyü enerji siyasətini, o cümlədən Avropa İttifaqının neft və qazla təminatında oynadığı mühüm rolu yüksək dəyərləndirərək respublikamızı etibarlı və sadiq təchizatçı adlandırır. Azərbaycanın 2027-ci ilə qədər təbii qazın təchizat həcmini Aİ bölgəsində ən azı iki dəfə artırmaq planlarını, habelə Avropa coğrafiyasında yeni enerji kollektorlarının şaxələnməsində göstərdiyi iradəni alqışlayaraq region üçün nümunəvi siyasət hesab edir.

Ticarət dövriyyəsi 1,6 milyard dolları ötüb

İki ölkə arasında enerji sahəsində də əməkdaşlıq yüksələn xətlə inkişaf edir. SOCAR və Almaniyanın “Uniper” şirkəti 2013-cü ildə uzunmüddətli qaz tədarükü haqqında müqavilə imzalayıblar. 2020-ci il dekabrın 31-dən Cənub Qaz Dəhlizi Azərbaycan təbii qazını İtaliyadakı qəbul nöqtəsi vasitəsilə Avropa İttifaqının bazarına çatdırır. “Uniper” şirkəti Avropa bazarında təbii qazın əsas alıcılarından biridir. Bu, şirkətin ən uzunmüddətli qaz alışı layihəsidir (2020-2045). İndiyə qədər “Azərbaycan Qaz Təchizatı” şirkəti tərəfindən “Uniper”ə 4 milyard kubmetrdəm çox qaz təchiz olunub. Bundan əlavə, SOCAR tərəfindən Almaniya istiqamətində xam neft ixracı son 2 ildə daha da artıb. 2016-cı ildə SOCAR və “Uniper” şirkətlərinin yaratdığı Birgə Müəssisə iki ölkənin enerji səmərəliliyi layihələrində fəal iştirak edir.

Digər sahələrdə də fəal iqtisadi təmaslar mövcuddur. Hazırda Azərbaycanda qeydiyyatdan keçmiş 250-yə yaxın alman şirkəti var və onlar sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə, tikinti, bank, sığorta, ticarət və xidmət sahəsində fəaliyyət göstərir və iqtisadiyyata töhfə verir. Bu, eyni zamanda, xarici ticari münasibətlərin dinamikasına da müsbət təsir göstərir. Son beş ildə qarşılıqlı ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə genişlənib, 2024-cü ildə iki ölkə arasında ümumi ticarət dövriyyəsinin həcmi 1 milyard 602 milyon dollar təşkil edib. Azərbaycandan Almaniyaya ixrac 776,9 milyon dollar, idxal isə 825,7 milyon dollara bərabər olub. Almaniya Azərbaycanın xarici ticarət dövriyyəsində əsas ölkələr sırasında 6-cı yerdə qərarlaşır.

“Yaşıl enerji”də birgə hədəflər

Hazırda qarşılıqlı ticarətin həcmlərinin daha artırılması üçün əlavə səylər göstərilir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi  təkcə bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb və buna neft ixracı daha çox təsir göstərib. Gələcək illərdə ticarət dövriyyəsinin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atılması nəzərdə tutulur.

Azərbaycan hazırda enerji siyasətində yeni gündəlik müəyyən edib, “yaşıl enerji” ehtiyatlarının Xəzər-Qara dəniz-Avropa kabeli ilə Aİ bölgəsinə çatdırılması istiqamətində səylərinin davam etidirir. Bu siyasət Azərbaycan ilə Aİ, o cümlədən Almaniya arasında bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsində yeni mərhələ deməkdir. Yeri gəlmişkən, Almaniyanın “Berlin Wind” şirkəti Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki 50 MVt-lıq “Yeni Yaşma” Külək Elektrik Parkında layihəyə cəlb olunub və bu layihədə əldə edilən  yüksək təcrübə nəzərə alınmaqla alman şirkətlərinin digər “yaşıl enerji” blokalrında təmsil olunması qərara alınıb.

Alman şirkətləri azad ərazilərə maraq göstərir

Almaniya şirkətləri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka maraq göstərirlər və bununla bağlı müraciət ediblər.

Almaniya Azərbaycanın müəllifi olduğu mühüm nəqliyyat-logistika layihələrinə də böyük maraq göstərir, Orta Dəhlizdə yer almaq niyyətini gizlətmir. Prezident Frank-Valter Ştaynmayerin bildirdiyi kimi Azərbaycan inkişaf edərək mühüm məkana çevrilib və buradan olduqca vacib ticarət yolları keçir. Yalnız Mərkəzi Asiya ilə deyil, həm də Uzaq Şərqlə, o cümlədən Cənub-Qərbi Asiya və Çinlə Almaniyanın ticarət əlaqələrinin önəmli rolu var. Bu trans-nəqliyyat şəbəkələrini birləşdirən Orta Dəhliz isə Almaniya üçün ən etibarlı nəqliyyat arteriyası hesab edilir. Ona görə də, rəsmi Berlinin bu dəhlizə qoşulması rellığa çevrilib və bu amil Azərbaycan-Almaniya iqtisadi-ticari bağlantılarını daha da gücləndirəcək.

Beləliklə, Frank-Valter Ştaynmayerin ölkəmizə səfəri Azərbaycan-Almaniya etibarlı tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir. Bu səfər bütün sahələr üzrə, ələxsus da iqtisadiyatın bir çox  çox bölmələrində əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaq.

ELBRUS CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Aprel 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see379

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see289

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see278

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see257

Aqrar inkişafın yeni mərhələsi və ADAU nun tarixi missiyası

21 Avqust 2026 23:22see242

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see235

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see232

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see197

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see183

Ankarada mədəndə uçqun: yaralı sayı artdı

21 Avqust 2026 23:24see183

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see179

Günün fotosu: “Yabanı giləmeyvələr”in qara və yoğun tüstüsü

22 Avqust 2026 01:05see170

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see167

Təqaüd yaşını yox, təqaüdlərin kəskin artırılmasını müzakirə etməliyik Natiq Cəfərli

22 Avqust 2026 12:28see167

Paşinyan masaların altında gəzəndə... İş adamından açıqlama

22 Avqust 2026 01:44see165

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see163

Donald Tramp: Məqsədimiz raketlər deyil, Ukraynada sülhün təmin edilməsidir

22 Avqust 2026 01:43see162

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see161

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see159

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri