Icma.az
close
up
RU
Etibarsız “ELVİ.M.M. SERVİCES GROUP” MMCyə 2,7 milyon manatı kimlər və necə etibar etdilər

Etibarsız “ELVİ.M.M. SERVİCES GROUP” MMCyə 2,7 milyon manatı kimlər və necə etibar etdilər

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

“İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən 360 dərəcə marketinq – Media yerləşdirilməsi xidmətlərinin satın alınması üzrə təşkil olunmuş açıq tenderə 23.11.2024-cü ildə yekun vurulmuşdur. Müsabiqənin qalibi “ELVİ.M.M. SERVİCES GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 1.844.192,5 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmalarının vahid internet portalında 16.12.2024-cü il tarixdə dərc edilib.

Bundan əlavə “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” Publik Hüquqi Şəxsi tədbirlərin təşkili xidmətlərinin satın alınması üzrə 21.08.2024-cü ildə başladığı açıq tenderə də 07.11.2024-cü ildə yekun vurmuşdur. Bu müsabiqənin də qalibi “ELVİ.M.M. SERVİCES GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 912.449,16  manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmalarının vahid internet portalında 10.12.2024 -cü il tarixdə dərc edilib.
Qeyd edək ki, internet axtarış sistemləri üzərindən apardığımız araşdırma zamanı “ELVİ.M.M. SERVİCES GROUP” MMC -nin işıqlandırma işlərinin satın alınması, avadanlıqların satınalınması, elektrik mallarının satın alınması, məişət tullantıları konteynerlərinin satın alınması, bərpa və təmir işlərinin satın alınması kimi satınalmaların qalibi olması məlum oldu. Bu da “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” Publik Hüquqi Şəxsin analoji işlərdə təcrübəsi olmayan bir MMC ilə satınalma müqaviləsi bağladığını üzə çıxardı.

Rəsmi, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ELVİ.M.M. SERVİCES GROUP”  (VÖEN: 1403580041) Məhdud Məsuliyyətli Cəmiyyətinin 11.11.2016-cü il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 834127.00 manat olan MMC-nin hüquqi ünvanının , BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, AZADLIQ PR., ev 70, m. 168,  qanuni təmsilçisi kimi isə İsgəndərov Coşqun Fəxrəddin oğlu qeyd olunub.

“Lisenziyalar və İcazələr haqqında Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində MMC -nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin EL-575/2019 nomrəli, 25.10.2019-cu il tarixli qərarı ilə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya alması barədə məlumat var.

Göründüyü kimi “ELVİ.M.M. SERVİCES GROUP”  MMC bina və qurğuların tikinti-quraşdırma işləri üzrə ixtisalaşıb. Bəs satınalmaların təşkili zamanı satınalan təşkilat təchizatçını seçərkən nələrə əməl etməlidir?

“Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.-ci maddəsində təchizatçıların uyğunluq göstəriciləri təchizatçılara dair ümumi və xüsusi tələblərdən ibarət olduğu göstərilir. Təchizatçıların uyğunluq göstəricilərinə dair tələblər şərtlər toplusunda ətraflı izah olunur və bütün təchizatçılara eyni dərəcədə şamil edilir.

Təchizatçılara dair xüsusi tələblər aşağıdakılardır: satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması; satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması; texniki imkanlarının və maddi-texniki bazasının olması;  müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması.

23.5.2. bu Qanunun 23.4.1-ci maddəsində qeyd olunan tələblər (satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması) – açıq tender, ikimərhələli tender, qapalı tender və bir mənbədən satınalma metodlarına, habelə işlərin və xidmətlərin satınalınması ilə bağlı kotirovka sorğusu metoduna; 23.5.5. bu Qanunun 23.4.4-cü maddəsində qeyd olunan tələblər ( müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması ) – işlərin və xidmətlərin satınalınması ilə bağlı satınalmanın bütün metodlarına.

Göründüyü kimi qanunda satınalmalarda hansı hallarda təchizatçının müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması açıq aşkar göstərilir və tələb edilir. Belə olan halda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tədbirlərin təşkili xidmətlərinin satın alınmasını bina və qurğuların tikinti-quraşdırma işləri üzrə ixtisaslaşmış “ELVİ.M.M. SERVİCES GROUP” MMC necə icra edəcək sualı yaranır.

Agentliyin 1.844.192,5 manat məbləğində satınalma müqaviləsi bağladığı müsabiqənin şərtlərində təchizatşı Rəqəmsal hökumət fəaliyyəti çərçivəsində müxtəlif kommunikasiya kanallarında məlumatların yerləşdirilməsi; Rəqəmsal hökumət fəaliyyəti çərçivəsində məlumatlılığın təmin edilməsi məqsədilə video-çarxların yerləşdirilməsi; Bakı şəhərində avtobusların (Bakubus, Otokar, ISUZU, BMC) üzərində rəqəmsal hökumət həlləri ilə bağlı məlumatların ikitərəfli olaraq yerləşdirilməsi (çap, quraşdırılma daxil), Regionlarda, insan axınının yüksək olduğu yerlərdə məlumatların rəqəmsal bilbordlarda yerləşdirilməsi və s. kimi işləri yerinə yetirməlidir. Bəs təchizatşının bu işləri yerinə yetirmək üçün peşəkar dizaynerləri, video-çarxların hazırlanması üçün peşəkar mütəxəsisləri varmı?Yoxsa təchisatşı bu mütəxəsisləri kənardan cəlb edəcək?

O cümlədən Agentliyin 912.449,16 manat məbləğində satınalma müqaviləsi bağladığı müsabiqənin şərtlərində təchizatşı Bakı şəhərində 1-ci zonada 5 ulduzlu oteldə 300 nəfərlik (minumum 1000 kv) qapalı zalın icarəsi (tam günlük), 20 kv.m P3.9 tipli LED monitorun icarəsi. Agentlik daxili tədbirlər üçün (çatdırılma, quraşdırılma və idarəetmə daxil), Tədbir iştirakçıları üçün tədbir keçirilən məkanda şam yeməyi (seçim üçün 3-5 avropa və milli mətbəxə dair menu çeşidi) Tələb olunan bütün xidmət xərcləri, ofisiantlar, avadanlıqlar, ləvazimatlar və sairlər nəzərə alənmaqla – Qeyd: tədbir oteldən kənar məkanlarda da təşkil edilə bilər; Aparıcıya ödənilən xidmət haqqı – ingilis və türk dillərində, İKT sahəsinə aid əhəmiyyətli tədbirlərdə aparıcı qismində iştirak etmiş və dövlət tədbirlərinə dair portfolioya sahib olan- kimi işləri yerinə yetirməlidir. Təbii ki, təchizatşının bu işləri də yerinə yetirmək üçün mütəxəsisləri yoxdur və hamısını kənardan cəlb edəcək?

Bunlar isə dövlət vəsitlərinin israf olunmasına gətirib çıxaracaq. Amma qanun dövlət satınalmalarında maliyyə vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsini tələb edir. Bu “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində də öz əksini tapıb.

Bunlardan əlavə “ELVİ.M.M. SERVİCES GROUP” MMC Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə 25.11.2024-cü ildən etibarsız təchizatçıların siyahısına daxil edilib.

Qeyd edək ki, media yerləşdirilməsi xidmətlərinin satın alınması üzrə keçirilmiş tender 23.11.2024-cü ildə, tədbirlərin təşkili xidmətlərinin satın alınması üzrə keçirilmiş tender isə 07.11.2024-cü ildə yekunlaşıb. Qanunun tələb etdiyi gözləmə müddətində isə “ELVİ.M.M. SERVİCES GROUP” MMC etibarsız təchizatçıların siyahısına salınıb. Bu zaman Agentliyin Satınalma Komissiyası Nəzarət Orqanının Qərarını nəzərə alıb satınalmanı ləgv edə və yaxud da yenidən təşkil olunması üçün Nəzarət Orqanını müraciət edə bilərdimi?  Amma göründüyü kimi Agentliyin Satınalma Komissiyası bununla bağlı heç bir tədbir görməmiş, əksinə ümumi olaraq 2 756 641 manat dövlət vəsaitini dövlətin etibarsız hesab etdiyi təchizatçıya etibar etmişdir.

Qeyd edək ki, “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi”nin satınalmalarda yol verdiyi bu kimi şübhəli məqamlara aydınlıq gətirilməsi məqsədi ilə qurumun Satınalma Komissiyasına ünvanladığımız sorğu cavabsız qaldı. Belə ki, Agentliyin satınalmalar üzrə baş mütəxəssisi Rüstəm İsgəndərovla telefon əlaqəsi yaratdıq. O,  sorğuya nə cavab, nə də şərh vermək istəmədiyini bildirdi. Qeyd olunanları böhtan adlandıran baş mütəxəssis bir az da qabağa gedərək məlumatlar dərc ediləcəyi təqdirdə cavab verməli olacağımızı da söylədi.

Xatırladaq ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi yaradılmışdır. Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin əmrinə əsasən 28 noyabr 2023-cü ildən Rəqəmsal İnkişaf Agentliyinin sədri vəzifəsi İnarə Vəliyeva həvale edilib. O,  2021-ci ilin oktyabr ayından Agentliyinin sədri vəzifəsini müvəqqəti icra edirdi.

Aktualinfo.org

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 Dekabr 2024 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri