Icma.az
close
up
RU
“AzerGold” QSC və “R.V. Investment Group Services, LLC ABŞ” arasında görüş keçirilib

“AzerGold” QSC və “R.V. Investment Group Services, LLC ABŞ” arasında görüş keçirilib

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gədəbəy rayonunda “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, “R.V. Investment Group Services, LLC ABŞ” şirkətinin prezidenti Reza Vəziri, eləcə də hər iki şirkət nümayəndələrinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.

Görüş tərəflər arasında hasilatın pay bölgüsü haqqında saziş üzrə səlahiyyətlərin icrası çərçivəsində həyata keçirilmiş birgə operativ tədbirlər və qarşıdakı dövrdə icrası nəzərdə tutulan işlərin müzakirəsi məqsədilə təşkil edilib.

Görüşdə saziş üzrə tərəfdaşlıq səlahiyyətlərinin “AzerGold” QSC-yə ötürülməsindən sonra Səhmdar Cəmiyyətinin saziş sahələrində fəaliyyətin beynəlxalq standartlar və qanunvericiliyin tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətində çevik hüquqi, təşkilati və texniki dəstəyi qeyd olunub. Bu xüsusda “Gədəbəy” saziş sahəsində nəm tullantı anbarının genişləndirilməsi ilə bağlı zəruri sənədləşmə, təhlükəsizlik tədbirlərinin icrası, mədən sahələrinda hasilat və istehsalat fəaliyyəti ilə bağlı digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Müzakirələr çərçivəsində yerin təkindən istifadəyə dair müvafiq dövlət qurumlarından icazə sənədlərinin alınması, torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi, tikintiyə icazə, istehsalatda təhlükəsizlik tədbirləri, yerli icmalarla işin gücləndirilməsi, ətraf mühitin mühafizəsi ilə bağlı məsələlərin daim diqqətdə saxlanılmasının vacibliyi bildirilib, Səhmdar Cəmiyyətinin müvafiq istiqamətlər üzrə təcrübəsi bölüşülüb.

Xatırladaq ki, Azərbaycan Respublikasının 2024-cü il 21 iyun tarixli, 1176-VIQ nömrəli Qanunu ilə “Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin həyata keçirilməsi ilə əlaqədar dövləti təmsil etmək səlahiyyəti “AzerGold” QSC-yə verilib

Cavid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 05 Dekabr 2024 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see352

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see337

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see322

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see317

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see292

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see279

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see276

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see258

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see240

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see230

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see222

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see219

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see217

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see217

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see215

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see215

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see208

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see203

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri