Etiket məlumatlarına ALDANMAYIN:Yediyimiz sosislərin tərkibində nə var? Araşdırma (FOTOLAR)
Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Market vitrinlərin qablaşdırması və təqdimat üslubu göz oxşayan qidalarla doludur. Təəssüf ki, bir çoxumuz alış-veriş zamanı məhz bu məhsulları qablaşdırması və təqdimatına baxaraq seçim edirik. Ancaq qida mütəxəssisləri hesab edir ki, məhsulun qablaşdırmasından daha çox onun etiketinə diqqət etməli, orada yazılanları oxumalı və başa düşməliyik. Etiketdə qeyd edilən məlumatlar bizə əslində o məhsulun nə qədər xeyirli, nə qədər zərərli olduğu barədə məlumat verir.
Tribuna.az bu gündən qida məhsullarının etiketində yer alan, bir çoxumuzun nə məna verdiyini bilmədiyimiz yazıları oxucular daha aydın dildə izah edəcək.
Başlayaq ət məhsulları olan kolbasa və sosislərdən:
“Sevimli Dad” brendinə məxsus “İveriya” sosisləri – bu sosislərin etiketinə əsasən məhsul təbi tərkibə malikdir. Lakin məhlusun istehsalında natrium nitrit var. E250 qida əlavəsi hesab edilir. Bu maddə əsasən ət məhsullarında rəngi sabitləşdirmək, dadı gücləndirmək, konservant kimi bakteriya artımını əngəlləmək üçün istifadə olunur, lakin yüksək miqdarda olduqca zərərlidir. Bu kimi səbəblərə görə bu məhsul gündəlik istifadə üçün tövsiyyə olunmur.
“Sab” brendinə məxsus “Döymə” sosislərinin də etiketindəki məlumatlar bir o qədər ürəkaçan deyil. Belə ki, üzərindəki məlumata görə, bu məhsulu qismən təbii tərkibli hesab etmək olar. Ancaq bu sosislərin də tərkibində natrium nitrit, nişasta var. Həmçinin bitki yağı da var ki, onun da növü qeyd edilməyib. Bu məhsul da mütəxəssislərin fikrincə, etiket məlumatlarına əsasən gündəlik istifadəyə tövsiyyə olunmur.
“Halal nemət, min bərəkət” markasına məxsus “Manqalüstü” sosislərinin də etiketindəki məlumatlar oxşardır. Etiketə əsasən məhsulu qismən təbii tərkibli hesab edə bilərik. Ancaq məhsulun tərkibi natrium nitritlə yanaşı bir neçə qida əlavəsi ilə zəngindir. Etiketdə qeyd edilib ki, məhsulun tərkibində E450, E621, E250 qida əlavələri var. Bu məhsulu da qida mütəxəssisləri gündəlik istifadə üçün tövsiyyə etmir.
“Hacı Turqay” brendinə məxsus “Közləmə” sosislərinin etiketindən də məlum olur ki, tərkib qismən təbiidir. Ancaq məhsulda nitrit, nişasta var. bu tərkibli məhsulları qida mütəxəssisləri gündəlik istifadə üçün məsləhət görmürlər.
Qda mütəxəssisəri hesab edir ki, bu tərkibli məhsullar qadağan deyil. Qəbulu zamanı da ciddi və xoşagəlməz fəsadlar yaranmır. Lakin mütəmadə qəbulu, gündəlik istifadə edilməsi məsləhət deyil. Xüsusilə azyaşlılara və uşaqlara hər gün belə qidaların verilməsi heç bir halda məsləhət görülmür.
Yazıda adı keçən bütün qida məhsulları markalarının mövqeyini işıqlandırmağa hazırıq.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 23 Dekabr 2025 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















