Icma.az
close
up
RU
Ətin qiyməti BAHALAŞACAQ SƏBƏBLƏR SADALANDI

Ətin qiyməti BAHALAŞACAQ SƏBƏBLƏR SADALANDI

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Son günlər bazarda ətin qiymətində artım müşahidə olunur”.

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov deyib.

Onun sözlərinə görə, bir müddət əvvəl 15 manata satılan dana əti əvvəlcə 16 manata, daha sonra isə 17 manata qalxıb:

“Hazırda regionlarda ət 17 manata təklif olunur. Bu isə o deməkdir ki, yaxın vaxtlarda Bakıda dana ətinin qiyməti 18-20 manat aralığında olacaq”.

Ekspert qeyd edib ki, qiymət artımının səbəblərindən biri heyvanların baş sayının ciddi şəkildə azalmasıdır.

Vahid Məhərrəmov: "Bakıda dana ətinin qiyməti 18-20 manat aralığında olacaq”.

V.Məhərərmov nəzərə çatdırıb ki, hazırda 200 min baş iribuynuzlu, 1 milyon 600 min baş isə xırdabuynuzlu heyvan azalıb:

“Bu o deməkdir ki, kəsim üçün əvvəlki kimi kifayət qədər heyvan yoxdur. Nəticədə bazarda ətin qiymətində artım müşahidə olunur”.

Müsahibimiz həmçinin heyvanların sayının azalmasının əsas səbəbi kimi ölkədə yem bazasının zəifliyini göstərib:

“Xüsusilə örüş ərazilərinin kifayət qədər olmaması problemi daha da dərinləşdirir. Son vaxtlar örüş sahələrinin ələ keçirildiyini görürük. Bu ərazilər geri qaytarılmalı və heyvandarlıqla məşğul olan fermerlərin istifadəsinə verilməlidir”.

Vahid Məhərrəmov əlavə edib ki, ot istehsalında da kəskin azalma var:

“Hazırda ot istehsalı tələbatdan təxminən üç dəfə azdır. Bu da birbaşa ətin qiymətinə təsir göstərir. Ümumilikdə isə qüvvəli yem istehsalı Azərbaycan Dövlət Proqramında 2 milyon 500 min ton nəzərdə tutulsa da, faktiki istehsal cəmi 190 min tondur. Yəni planlaşdırılandan 10 dəfədən də az”.

Ekspertin fikrincə, dizel yanacağının bahalaşması da qiymətə təsir edən amillərdəndir:

“Son bir neçə ildə dizel yanacağının qiymət artımı otun istehsal xərclərini artırdığından yemin qiymətinə təsir edir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 27 Avqust 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri