Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Səhiyyə Nazirliyində yeni təyinat

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Niyə ticarət mərkəzləri yanır? Real SƏBƏBLƏR SADALANDI

Niyə ticarət mərkəzləri yanır? Real SƏBƏBLƏR SADALANDI

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Havaların həddindən artıq isti və quraq keçməsi, eləcə də insan amili ilə bağlı səhlənkarlıq son günlər yanğın təhlükəsini daha da artırıb. Xüsusən də meşə sahələri, yaşayış massivləri, iri ticarət mərkəzləri, məktəblər və ictimai iaşə obyektləri yanğından ən çox zərər görə biləcək məkanlar hesab olunur. Belə şəraitdə həm vətəndaşların diqqətli davranışı, həm də obyekt sahiblərinin və idarəedicilərinin yanğından mühafizə sistemlərini daim saz vəziyyətdə saxlaması həyati önəm kəsb edir. Çünki bir anlıq məsuliyyətsizlik və ya texniki nasazlıq təkcə əmlaka deyil, insanların sağlamlığına və həyatına da ciddi təhdid yarada bilər.

Mütəxəssislər bildirirlər ki, yanğınların qarşısının alınması üçün profilaktik tədbirlər, maarifləndirmə işləri və mövcud risklərin vaxtında aradan qaldırılması əsas şərtlərdəndir.

Bu xüsusda Bakıvaxtı.az-a açıqlama verən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat sektorunun rəisi, daxili xidmət kapitanı Əlibala Əlizadə vurğulayıb ki, son günlər havaların isti keçməsi ilə yanaşı, meşə və yaşayış massivlərində yanğın riskləri də yüksəlib. Onun sözlərinə görə, bu səbəbdən Fövqəladə Hallar Nazirliyi tərəfindən kütləvi maarifləndirmə işləri aparılır, vətəndaşlara meşə və açıq sahələrdə yanğın təhlükəsizliyi tələbləri, eləcə də yaşayış yerlərində elektrik və qaz təsərrüfatından təhlükəsiz istifadə qaydaları ilə bağlı mütəmadi olaraq, müraciətlər ünvanlanır. Nazirliyin rəsmi internet səhifəsi, sosial şəbəkə hesabları və media vasitəsilə hazırlanan sosial videoçarxlar da əhaliyə təqdim edilib".

Ə.Əlizadə qeyd edib ki, qanunvericiliyə uyğun olaraq ticarət mərkəzləri, məktəblər və ictimai iaşə obyektlərində müəyyən dövriliklə yanğın nəzarəti üzrə yoxlamalar aparılır. Bu yoxlamalar zamanı yanğından mühafizə sistemləri, siqnalizasiya və avtomatik söndürmə qurğularının vəziyyəti qiymətləndirilir:

“Təəssüf ki, bir sıra obyektlərdə texniki xidmətlərin vaxtında aparılmaması, nasazlıqların mövcudluğu, bəzi hallarda isə ümumiyyətlə tələb olunan qurğuların quraşdırılmaması müşahidə olunur. Bundan başqa, elektrik şəbəkələrində zəruri sınaqların keçirilməməsi də yanğın təhlükəsini artırır. Bu hallarda sahibkarlara yazılı göstərişlər verilir, pozuntular aradan qaldırılmadıqda inzibati tədbirlər görülür, bəzən isə obyektin fəaliyyətinə məhdudiyyət tətbiq olunur",– deyə o vurğulayıb.

Əlibala Əlizadə: "Mənzillərdə və fərdi evlərdə yanğınların əsas səbəbi elektrik və qaz təsərrüfatından düzgün istifadə edilməməsi ilə bağlıdır"

DYMX rəsmisi əlavə edib ki, mənzillərdə və fərdi evlərdə yanğınların əsas səbəbi elektrik və qaz təsərrüfatından düzgün istifadə edilməməsi ilə bağlıdır:

“Şəhər mühitində daha çox elektrik mənşəli, qış aylarında isə qaz mənşəli yanğınlara rast gəlinir. Təhlükəsizlik qaydalarına əməl olunmaması, məişət texnikasının nəzarətsiz qalması və səhlənkar yanaşmalar yanğın riskini artırır:

"Dövlət Yanğın Nəzarəti Xidməti bu halların qarşısını almaq məqsədilə mütəmadi maarifləndirmə tədbirləri həyata keçirir. Cari ildə 775 maarifləndirmə tədbiri təşkil olunub və nəticədə 115 mindən çox insan – şagirdlər, səhiyyə işçiləri, müəssisə əməkdaşları və əhali yanğın təhlükəsizliyi ilə bağlı məlumatlandırılıb. Bir daha vətəndaşlara müraciət edirik ki, həm yaşayış, həm də qeyri-yaşayış sahələrində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etsinlər, yanğından mühafizə qurğularının saz vəziyyətdə saxlanılmasına məsuliyyətlə yanaşsınlar. Bu qaydalara əməl etməklə həm özümüzün, həm də ətrafımızdakı insanların təhlükəsizliyinə təminat vermiş olarıq", – Əlibala Əlizadə qeyd edib.

Əli Hüseynli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Avqust 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see484

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see455

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see332

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see329

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see263

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see246

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see245

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see237

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see229

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see224

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see223

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see218

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see212

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see210

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see207

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see204

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see195

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see182

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see174

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri