Icma.az
close
up
RU
ƏTİN QİYMƏTİ YENİDƏN BAHALAŞIB “Qiymətlərin bundan sonra da artacağını gözləmək olar” + VİDEO

ƏTİN QİYMƏTİ YENİDƏN BAHALAŞIB “Qiymətlərin bundan sonra da artacağını gözləmək olar” + VİDEO

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Son zamanlar paytaxtda ətin qiymətində artım müşahidə olunur. Məlumata görə, əvvəlki aylarla müqayisədə mal ətinin qiyməti 1 manat, quzu ətinin qiyməti isə 2 manat artıb. Qeyd edək ki, mal ətinin qiyməti əvvəllər 15 manat idisə, indi 16 manata yüksəlib. Quzu ətinin qiyməti isə hazırda 20-24 manat arasında dəyişir. Bölgələrdə ətin qiyməti adətən paytaxta nisbətən daha ucuz olsa da, son illərdə bu fərq azalıb. Son aylar bölgələrdə də ətin qiymətində artımı müşahidə edilir. Burada qiymət artımı təxminən 50 qəpik civarındadır.


İlkin məlumata görə, qiymət artımının əsas səbəbi heyvan qıtlığıyla bağlıdır. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü il yanvar ayının 1-nə ölkədə iribuynuzlu heyvanların sayı 2 milyon 502,4 min baş, xırdabuynuzlu heyvanların sayı isə 7 milyon 81,6 min baş təşkil edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayında 4,4% (115 min 635 baş), xırdabuynuzlu heyvanların sayında isə 8,6% (670 min baş) azalma deməkdir. Son on ildə isə iribuynuzlu heyvanların sayı 189,8 min baş, xırdabuynuzlu heyvanların sayı isə 1 milyon 584,8 min baş azalıb.

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “AzPolitika”-ya şərhində bildirib ki, ölkədə ətin qiymətinin bahalaşmasının bir neçə səbəbi var: “Birincisi, ölkədə pandemiyadan, Rusiya-Ukrayna müharibəsindən sonra inflyasiyanın sürətləndiyi müşahidə olunur. Qiymət səviyyəsinin artması, pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi bütün sahələrdə olduğu kimi, ətin də qiymətinin bahalaşmasına səbəb olub. İkincisi, ət istehsalçılarının xərcləri artıb. İndi ətin bir kiloqramının maya dəyəri əvvəlki illərlə müqayisədə daha baha başa gəlir və proses hazırda da davam edir. Üçüncüsü, intensiv təsərrüfatlarda istifadə olunan heyvan yeminin bahalaşmasını görürük. Bilirsiniz ki, bu yemlər ölkəmizə xaricdən idxal olunur. Digər bir məqamı da qeyd edək ki, intensiv təsərrüfatlarla yanaşı, fərdi ev təsərrüfatlarında da xərclər artıb. Buradakı məqam isə ot bağlamalarının bahalaşmasıdır. Eyni zamanda biz həm də getdikcə ölkədə heyvandarlıq üçün boş sahələrin həcminin azaldığını müşahidə edirik”.

X. Kərimli qeyd edir ki, həm ümumi qiymət səviyyəsi, həm də maya dəyərinin artması, eləcə də ölkədə saxlanan heyvanların sayında azalma qiymətlərin artmasına təsir göstərir.

“2016-2017-ci ildə ölkədə 8,7 milyon xırdabuynuzlu heyvan var idisə, 2024-cü ildə bu rəqəm 7,7-, 7,8 milyona bərabərdir. İribuynuzlu heyvanarın sayında da azalma var. Son 10 ildə iribynuzluların sayı 5 faiz azalıb.Əhalinin artması fonunda saxlanan heyvanların sayının azalması qiymət artımına təkan verir. Ətin qiymətinin bahalaşmasına baxmayaraq, kəsilən ətin həcminin artması onu gösətiri ki, istehlak azalmayıb. Buna görə də xərclərin artması, saxlanan heyvanlarn sayının azalması, təlabatın yüksək olması səbəbindən ətin qiymətinin bundan sonra da aratacağını gözləmək olar. Burada hökumətin edəcəyi xüsusi bir məsələ yoxdur. Sadəcə ümid edək ki, Qarabağ və Şərqi Zəngəzurun azad olunmaıs ilə heyvandarlıq sahəsində inkişaf canlanacaq, saxlanan heyvanlarının sayının çoxalması qiyməti aşağı sala biər”,- deyə iqtisadçı bildirib.

Qeyd edək ki, 2023-cü il ilə müqayisədə 2024-cü ildə Azərbaycanda ət istehlakında artım müşahidə olunub. Əgər 2023-cü ildə adambaşına illik ət istehlakı təxminən 43,5 kiloqram olubsa, 2024-cü ildə bu göstərici 45 kiloqram civarında olub.

E. Bəyməmmədli

“AzPolitika.info” 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 Yanvar 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri