Icma.az
close
up
RU
Ətin üzərindəki möhür zəhər mənbəyidir?

Ətin üzərindəki möhür zəhər mənbəyidir?

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda satışa çıxarılan ət məhsullarının üzərindəki baytarlıq möhürü istehlakçılar üçün həmin məhsulun yoxlanıldığını və istifadəyə yararlı olduğunu göstərən əsas göstəricilərdən biri hesab olunur. Lakin son günlər bu möhürlərin vurulmasında istifadə edilən boyanın tərkibi ilə bağlı iddialar ictimai müzakirələrə səbəb olub.

Hüquq müdafiəçisi Sahib Məmmədov sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə bəzi rayonlarda ətlərin üzərinə vurulan möhürlər üçün xüsusi qida boyası əvəzinə kimyəvi məhlullardan istifadə olunduğu barədə məlumatlar aldığını bildirib.

Onun sözlərinə görə, həmin boya ətin üzərindən asanlıqla təmizlənmir, hətta bəzi hallarda qaynama zamanı suyun rəngini dəyişdiyi iddia olunur.

Sahib Məmmədov qeyd edib ki, əgər bu məlumatlar doğrudursa, məsələ ciddi araşdırılmalı və ictimaiyyətə aydın izah verilməlidir.

Mövzu istehlakçıların narahatlığına səbəb olmaqla yanaşı, qida təhlükəsizliyi məsələsini də yenidən gündəmə gətirib.

Bəs ət məhsullarının üzərinə vurulan möhürlər üçün hansı tərkibli boyalardan istifadə edilməlidir? Bu boyaların insan sağlamlığına hər hansı təsiri varmı? Ətin qaynadılması zamanı suyun rənginin dəyişməsi nə ilə bağlı ola bilər? İddia edilən hallar qida təhlükəsizliyi baxımından hansı risklər yaradır və belə məlumatların doğruluğu necə yoxlanılmalıdır?

Mövzu ilə bağlı Musavat.com-a danışan qida eksperti İlkin Şirinov deyib ki, qida məhsullarının üzərinə vurulan möhürlər sağlamlıq baxımından təhlükəli sayılmır, çünki bu məhsullar qida ilə birbaşa təmasda olduğundan onların hazırlanmasında təhlükəsiz boyalardan istifadə olunur:

“Mütəmadi aparılan yoxlamalar və araşdırmalar zamanı məhsulun üzərindəki möhürün silindiyi müşahidə olunarsa, digər nəzarət orqanları belə bir qənaətə gələ bilər ki, həmin məhsul müvafiq yoxlamadan keçməyib və ya onun üzərində ümumiyyətlə möhür olmayıb. Lakin məhsulun üzərindəki möhürün silinməməsi, onun mütləq təhlükəli maddə ilə möhürlənməsi demək deyil. Bu məqsədlə istifadə olunan rənglər qida üçün nəzərdə tutulmuş xüsusi maddələrdir, qida təhlükəsizliyi baxımından heç bir problem yaratmır və insan sağlamlığı üçün hər hansı bir fəsadı yoxdur”.

Ekspertin sözlərinə görə, əgər möhürlənmə zamanı adi mürəkkəbdən istifadə olunarsa, bu, müəyyən problemlərə yol aça bilər:

“Ət və ya digər quş əti məhsullarının üzərinə adi mürəkkəblə ştamp vurulduqda, o, səthdə qalıcı olmur. Belə ki, üzərinə hər hansı bir maye düşdükdə və ya silindikdə həmin mürəkkəb asanlıqla təmizlənib gedir. Adi mürəkkəb qida üçün nəzərdə tutulmadığından insan sağlamlığına ziyan vura bilər. Burada əsas diqqət yetirilməli olan məqam möhürün özü deyil, möhürləmədə istifadə olunan boyaların tərkibidir. Bu boyaların qida sektorunda istifadəsinə mütləq icazə verilməli və onların qida ilə təmas sənədləri olmalıdır. Yalnız standartlara cavab verən boyalardan istifadə olunmalıdır.

Ətin bişirildikdə və ya saxlanıldıqda göy rəngə çalmasına gəldikdə isə, bu, çox vaxt möhürlə bağlı olmur. Bu hal ətin spesifik xüsusiyyətlərindən və keyfiyyətindən irəli gələ bilər. Məlumdur ki, ət müəyyən müddət qaldıqdan sonra onda əvvəlcə yapışqanlıq xüsusiyyəti yaranır, daha sonra isə rəngində göyərmələr müşahidə olunmağa başlayır. Bu cür göyərmələrə daha çox heyvan cəmdəyinin damarlı, qanla zəngin olan hissələrində rast gəlinir. Bir sözlə, ətdəki bu rəng dəyişiklikləri möhürün boyasından deyil, birbaşa ətin keyfiyyət göstəricilərindən və saxlama şəraitindən asılıdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 22 İyun 2026 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri