Icma.az
close
up
RU
Etirazlar yalnız başlanğıcdır: İran nəzarətdən çıxmaq üzrədir TƏHLİL

Etirazlar yalnız başlanğıcdır: İran nəzarətdən çıxmaq üzrədir TƏHLİL

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

"Ədalət olmadan dəyişiklik olmayacaq, Güney Azərbaycanın mövqeyi sərt və aydındır”

İranda bahalığa, inflyasiyanın artmasına, sosial vəziyyətin ağırlaşmasına qarşı etiraz aksiyalarının coğrafiyası genişlənir. 28 dekabrda Tehranda tacirlərin küçələrə çıxması ilə başlayan nümayişlər ölkənin bir çox şəhərinə yayılıb. 

Analitiklər bildirirlər ki, İrandakı aksiyalar monolit xarakter daşımır və vahid bir məqsəd ətrafında idarə olunmur. Bu etirazlar yalnız son aylara və ya illərə xas bir hadisə deyil, artıq bir neçə ildir ki, müxtəlif intensivlik və müxtəlif maraqlar naminə davam edir. Qərb mediası və mühacir icmaları İran xalqının monarxiyaya qayıdacağını irəli sürsə də, real vəziyyət daha mürəkkəbdir. Məsələn, Rza Pəhləvinin rəhbərliyi yalnız fars icması üçün nəzərdə tutulmuş bir ssenaridir, gənc nəsil isə Qərbin təbliğ etdiyi yeni, daha dünyəvi və fərqli gələcəyi arzulayır.

Digər tərəfdən, İranın azərbaycanlıları, türkmənləri, ərəbləri, bəlucları və kürdləri Tehranın mərkəzi hakimiyyətindən asılı olmamaq, öz milli dövlətlərini yaratmaq və ya qonşu dövlətlərlə birləşmək niyyətindədirlər. Bu qrupların aksiyalarda iştirakı yalnız daxili maraqlarla izah olunmur, eyni zamanda xarici kuratorlar tərəfindən dəstəklənir, ABŞ kürdlərə, Pakistan və ya İsrail bəluclara müəyyən təşviqlər, maddi və hərbi yardım vəd edir.

Bir sözlə, İranda müşahidə olunan etiraz aktivliyi həm daxili sosial-iqtisadi gərginliklərin, həm etnik və milli tələblərin, həm də xarici təsirlərin birləşməsi nəticəsində formalaşır. Bu proses ölkənin sabitliyi və regional təhlükəsizlik üçün ciddi çağırışlar yaradır, etirazların idarə olunması və gələcək inkişaf istiqaməti isə hələlik qeyri-müəyyən qalır.

Bu barədə “Sherg.az”a danışan türkoloq, CASCFEN İdarə heyətinin üzvü Əkbər Qoşalı bildirib ki, hazırda İran adlanan ölkədə baş verənlər etirazlar və ya sırf iqtisadi narazılıqlar kontekstində izah edilsə, bu tam doğru sayılmaz: “Biz sistem böhranının açıq mərhələsinə keçidə şahidlik edirik. Bu böhran isə bir neçə qatdadır: legitimlik böhranı, idarəetmə böhranı və nəhayət, dövlət–toplum münasibətlərinin, belə deyək, mahiyyət böhranı.

İran uzun illərdir, bir növ, “paralel hakimiyyət” modeli ilə idarə olunur: formal seçkili institutlar var, lakin gerçək qərarvermə başqa mərkəzlərin əlindədir. Belə struktur istər-istəməz məsuliyyəti dağıdır, islahat imkanlarını tükəndirir və toplumda “çıxılmazlıq” hissini dərinləşdirir. Bugünkü etiraz dalğaları da məhz bu yığılmış enerjinin sonucu kimi xarakterizə oluna bilər.

Gözləntilərə gəlincə, bilgili şəxslərin, mütəxəssislərin radikal və ani dəyişiklik ssenarilərinə ehtiyatla yanaşdığını görməkdəyik. İran nə İraqdır, nə də Liviya və Suriya. Burada həm dövlət ənənəsi, həm dərin təhlükəsizlik mexanizmi, həm də mürəkkəb sosial-milli struktur var. Odur ki, ya islahatların məcburi şəkildə gündəmə gəlməsi, ya da daha sərt mərkəzləşmə ssenariləri də mümkündür. Hər iki halda, İran toplumunun tələblərinin artıq köhnə ideoloji qəliblərə sığmadığı və bunun, gec-tez siyasi modeldə dəyişiklik zərurəti yaradacağı aydındır”.

 İranda molla rejiminə qarşı aksiyalara Güney azərbaycanlılarının kütləvi şəkildə qoşulmama səbəbinə gəldikdə isə Ə. Qoşalı qeyd edib ki, bu sual çox həssas və eyni zamanda çox önəmli məsələyə ayna tutur: “Bəri başdan deyim, Güney azərbaycanlıların aksiyalara kütləvi şəkildə qoşulmamasını passivlik kimi dəyərləndirmək yanlışlıq olardı; əksinə, bunu, tarixi yaddaşdan, siyasi təcrübədən və rasional mövqedən qaynaqlanan ehtiyatlı davranış saymaq olar.

Əvvəla, Güney azərbaycanlılar Pəhləvi dönəminin onların milli hüquqları baxımından, hətta yarımideal mərhələ olmadığını yaxşı bilir. Ana dilinin yasaqlanması, mədəni əritmə siyasəti, mərkəzçi fars millətçiliyi həmin dönəmin gerçəkçi və acı təcrübəsidir. Bu səbəbdən fars-molla rejiminə, yəni mərkəzçi-teokratik idarəetmə modelinə etiraz avtomatik olaraq şahlıq nostaljisini qəbul etmək anlamına gəlmir. İkincisi, Güney azərbaycanlılar üçün əsas meyar rejimin adından ötə, onun mahiyyətidir. Yeni İran ana dilində təhsil verəcəkmi, milli mədəni hüquqları tanıyacaqmı, gerçək siyasi təmsilçiliyə imkan yaradacaqmı? Onları maraqlandıran suallar budur. Bu suallara aydın və inandırıcı cavab verilmədikcə, heç bir siyasi xətt- istər molla rejimi, istərsə şahçılıq – Güney Azərbaycanda geniş sosial dəstək qazana bilməz”.

Türkoloqun sözlərinə görə, idarəolunmayan xaos ən çox əyalətlərə zərbə vurur və Güneylilər bunu çox yaxşı anlayır: “Onlar, haqlı olaraq, spontan küçə hərəkatlarının böyük güclərin geosiyasi oyunlarına çevrilməsi riskini də nəzərə alır. Bu isə əlbəttə, ehtiyatlı, ölçülüb-biçilmiş mövqe tələb edir. Nəhayət, Güneydəki toplum artıq etirazdan daha çox aydın, işlək siyasi proqram görmək istəyir: hüquqların təminatı, federalizm və ya gerçəkçi regional özünüidarəetmə, mədəni muxtariyyət, ana dilində təhsil və iqtisadi ədalət. Bu proqram ortaya qoyulmadan kütləvi səfərbərlik gözləmək anlamsızdır. Beləliklə, bizim Güneylilərin mövqeyi nə tərəfsizlikdir, nə də biganəlik. Bu mövqe tarixi yaddaşa söykənən siyasi bilinc mövqeyidir. Onlar molla rejiminin davamını istəmədikləri kimi, milli haqları tanımayan alternativləri də qəbul etmir. Güney Azərbaycanın mövqeyi sadədir: ədalət olmadan dəyişiklik, dəyişiklik deyil. İşin gərginliyi, çətinliyi ondadır ki, dəyişiklik olmadan da ədalət mümkün görünmür. Görünür, soydaşlarımız, qandaşlarımız qeyri-səlis məntiqlə hərəkət etməli, yəni bəzən klassik siyasi sxemlərə sığmayan, çevik və situativ qərarlar verməli olacaq…”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Yanvar 2026 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri