Icma.az
close
up
RU
Etirazlara səbəb olan təklifin ƏSAS MƏQSƏDİ Şagirdlərə bunu öyrədəcəklər...

Etirazlara səbəb olan təklifin ƏSAS MƏQSƏDİ Şagirdlərə bunu öyrədəcəklər...

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Əməkdar artist Ədalət Şükürov son açıqlamasında məktəblərdə din üzrə dərslərin keçirilməsi ilə bağlı təklif irəli sürüb. Bu təklif cəmiyyətdə birmənalı qarşılanmayıb. Hətta etiraz edənlər də olub.

Turkustan.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov “Yeni Sabah”a mövzu barədə danışıb. Bildirib ki, məktəblərdə şagirdlərə əsas dini biliklərin, yəni cəmiyyətin mənsub olduğu dinin mahiyyəti, peyğəmbərin kimliyi, müqəddəs kitabın adı və əsas məzmunu, habelə əsas dini dəyərlərin sistemli şəkildə, lakin dərinlikdən uzaq və neytral formatda verilməsi günümüzün həm mənəvi, həm də vətəndaşlıq tərbiyəsi baxımından mühüm bir zərurətə çevrilib:

“Ədalət Şükürovun fikirləri bu baxımdan təqdirəlayiqdir, çünki bu, sadəcə dini təbliğat deyil, kültürəl və mənəvi özünüdərkin formalaşması üçün bir ehtiyacdır.

Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsində qeyd edilir ki, “dövlət və din ayrıdır”, eyni zamanda “dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.” Bu müddəalar dini təhsilin məktəbdə formal şəkildə dini ibadət və ya təbliğat formasında deyil, dünyəvi, maarifləndirici və informasiya xarakterli təqdim olunmasını zəruri edir. Bu baxımdan məktəblərdə dini bilgilərin verilməsi etik, vətəndaşlıq və mədəniyyət kontekstində aparıla bilər və aparılmalıdır. Hazırda ümumtəhsil məktəblərində 8-ci sinifdə “Həyat bilgisi” fənni çərçivəsində qısa şəkildə “dünyada əsas dinlər” və “İslamın əsas anlayışları” kimi bölmələrə yer verilir, lakin bu bilgilər həm həcmi baxımından zəif, həm də mənəvi dəyər formalaşdırmaq baxımından yetərsizdir”.

Ekspert qeyd edib ki, əsas dini bilgilərin, məsələn, müsəlmanların hansı dinə mənsub olduğu, İslam peyğəmbərinin kimliyi, Qurani-Kərimin əsas mahiyyəti və etik prinsiplərinin sadə dildə, mədəni kontekstdə izah edilməsi şagirdlərə öz mənsubiyyətlərini daha düzgün və şüurlu şəkildə qavramağa imkan yaradar:

“Bu, həm də müxtəlif dini manipulyasiyaların qarşısının alınması baxımından önəmlidir. Təəssüf ki, Azərbaycanda dini biliklərin ailə və cəmiyyət mühitində verilməsi çox zaman qeyri-peşəkar, emosional və ya təhrif olunmuş formada olur. Bu isə yeniyetmələrin gələcəkdə radikal dini qrupların təsirinə düşmək riskini artırır.

Digər tərəfdən, bu bilgilərin verilməsi uşaqlarda dini dözümlülük və tolerantlıq hissinin formalaşmasında əhəmiyyətli rol oynaya bilər. Əgər məktəb yalnız bir din haqqında yox, həm də digər dünya dinləri barədə obyektiv və neytral məlumat verərsə, məsələn, yəhudilik, xristianlıq, buddizm haqqında da əsas bilgilər təqdim olunarsa, bu, şagirdlərdə həm dini müxtəlifliyi anlamaq, həm də fərqli dünyagörüşlərinə hörmətlə yanaşmaq kimi dəyərlərin formalaşmasına səbəb olar. Unesco və OECD-nin təhsil sənədlərində də vurğulanır ki, “mədəni və dini müxtəlifliklə bağlı tədris verilmədikdə, cəmiyyətlərdə sosial fragmentasiya və radikallaşma meylləri güclənir.”

K.Əsədov onu da vurğulayıb ki, müsbət tərəfdən baxsaq, bu cür bilgilərin verilməsi yalnız dini sahə ilə məhdudlaşmır, əxlaqi və mənəvi tərbiyənin güclənməsi, ailə və cəmiyyət dəyərlərinin möhkəmləndirilməsi, sosial məsuliyyət hissinin artırılması kimi faydalara da gətirib çıxara bilər:

“Dini biliklər şagirdlərə doğru-yanlış anlayışlarını daha möhkəm təməl üzərində qurmağa imkan verər, özünüidarə, məsuliyyət, şəfqət, səbir, paylaşmaq, haram-halal fərqi kimi anlayışlar davranışlarında təzahür edər.

Lakin bu təşəbbüsün həyata keçirilməsi üçün ciddi metodoloji hazırlıq və peşəkar kadr potensialı tələb olunur. Əgər bu mövzular qeyri-peşəkar müəllimlər tərəfindən, dini təbliğat və ya fanatizm formasında təqdim olunarsa, bu, istənilən nəticəni verməyəcək, əksinə, dini radikallığın və qütbləşmənin artmasına səbəb ola bilər. Ona görə də bu cür bilgilərin etik və mədəniyyət dərsləri, yaxud “Dinlər tarixi və mənəvi dəyərlər” adlı fənn çərçivəsində, neytral və maarifləndirici formatda, dövlət tərəfindən hazırlanan vahid proqram əsasında tədrisi daha məqsədəuyğundur.

Nəticə olaraq, məktəblərdə dini biliklərin əsas səviyyədə verilməsi dini təbliğat deyil, mədəni özünüdərk və vətəndaş tərbiyəsi baxımından zəruridir. Bu, həm uşaqları mənəvi cəhətdən formalaşdırar, həm də fərqli dinlərə və dünyagörüşlərinə qarşı dözümlü olmağa kömək edər. Əgər bu proses sistemli, peşəkar və balanslı aparılarsa, cəmiyyətin sosial inteqrasiyası və mənəvi dayanıqlılığı güclənəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 Aprel 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri