Etna yenidən aktivləşib: hava limanlarına xəbərdarlıq edildi FOTO
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Globalinfo.az xəbər verir ki, Anadolu Agentliyi vulkanın görüntülərini paylaşıb.
Hündürlüyü təxminən 3 300 metr olan Etnanın cənub-şərq kraterində dünəndən başlayan aktivlik bu gün axşam saatlarına qədər davam edib. Vulkanın güclü şəkildə kül və lava püskürtdüyü, kül buludunun şərq istiqamətində yayıldığı bildirilib.
Bölgədəki vulkanik fəallığın artması səbəbindən Kataniyada aviasiya üçün xüsusi qırmızı kodlu xəbərdarlıq yayımlanıb, lakin Fontanarossa hava limanının uçuşlara bağlanmadığı qeyd edilib.
Axşam saatlarında başlayan kül püskürmə prosesinin günortadan sonra zəiflədiyi və hava nəqliyyatı üçün edilən xəbərdarlığın tədricən aşağı salındığı bildirilib.
Aysel Əliyeva
Globalinfo.az
Baxış sayı:135
Bu xəbər 03 Aprel 2025 23:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















