Icma.az
close
up
RU
EuroHome da kompensasiya qalmaqalı: Azay Möhnətov icarədarları aldatmaqda ittiham olunur

EuroHome da kompensasiya qalmaqalı: Azay Möhnətov icarədarları aldatmaqda ittiham olunur

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"EuroHome" inşaat materialları bazarında kompensasiya qalmaqalı yaşanır. 

Qaynarinfo-ya daxil olan məlumatda iddia edilir ki, "EuroHome"un sahibi Azay Möhnətov 2019-cu ildə bazarda baş vermiş yanğına görə bəzi icarədarların kompensasiyasını ödəməyib. 

İddialara görə, Azay Möhnətov onlara kompensasiya ödəniləcəyini vəd etsə də, sonradan müxtəlif bəhanələrlə ödəniş etməkdən yayınıb.  Məlumatda bildirilir ki, icarədarlar indiyədək Azay Möhnətovun vədlərinə inanaraq susub. Amma artıq onlar bazar sahibi barədə şikayət etmək qərarına gəliblər. 

Məlumat üçün deyək ki, bazarda baş vermiş yanğından sonra icarədarlar kompensasiya tələbi ilə Bakı-Sumqayıt yolunu bağlamışdı. Həmin vaxt Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev icarədarlarla görüşmüşdü. Görüşdə əsas müzakirə mövzusu kompensasiya məsələsi olmuşdu. 

Qaynarinfo-nun aradırması nəticəsində məlum olub ki, kompensasiya almayan icarədarlardan biri də Rafiq Ocaqverdiyevdir. Onun bazarda elektrik materiallarının satışını həyata keçirən mağazası olub. Bildirilir ki, yanğın zamanı Rafiq Ocaqverdiyevə 200 000 manatdan çox ziyan dəyib. 

Azay Möhnətov ona dəymiş ziyanın ödəniləcəyini vəd edib. Bazar sahibi hətta dövlət qurumlarında keçirilən görüşlərdə də bununla bağlı söz verib. Lakin 6 il keçməsinə baxmayaraq, hələ də adıçəkilən icarədara kompensasiya ödənilməyib. 

Rafiq Ocaqverdiyev isə artıq susmaq niyyətində deyil. Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan, sahibkarlıq fəaliyyətindən əvvəl bir sıra vəzifələrdə çalışan, məntəqə sədri kimi seçki prosesində hakim partiyanı təmsil edən Rafiq Ocaqverdiyev məsələ ilə bağlı ölkə rəhbərliyinə və hüquq-mühafizə orqanlarına müraciət edib. 

Əməkdaşımız bu məlumatları dəqiqləşdirmək üçün Rafiq Ocaqverdiyevin özü ilə də danışıb. İcarədar deyilənləri təsdiqləyib. O, əlavə edib ki, Azay Möhnətov artıq 6 ildir ona kompensasiya ödəməkdən yayınır: "Hər dəfə bir bəhanə gətirir. Əvvəl guya icarə haqqında güzəşt etdi. Bizdən icarə haqqı almadı. Bu bir il çəkdi. Bir ildən sonra isə icarə haqqını iki dəfə artırdı. Bununla da öz ziyanını kompensasiya etdi. Amma bizim kompensasiyamızı hələ də ödəmir.

Azay Möhnətov dəfələrlə mənə bildirib ki, kompensasiya ödəniləcək. Hər dəfə də bir bəhanə ilə verdiyi vədi yerinə yetirməkdən yayınıb. Təsəvvür edin, borc ödəməkdən cana doymuşuq. Mənim səhhətimdə problem yaranıb. Bir dəfə infarkt keçirmişəm. Amma bütün bunlar Azay Möhnətovun vecinə deyil. Ona görə də qərara gəldim ki, məsələ barədə ölkə rəhbərliyinə və hüquq-mühafizə orqanlarına müraciət edim".

Rafiq Ocaqverdiyev 2019-cu ildə baş vermiş yanğın hadisəsinə diqqət çəkərək bildirib ki, baş verənlərdə bilavasitə bazarın rəhbərliyi təqsirkardır. Onun sözlərinə görə, yanğın təhlükəsizliyinə ciddi riayət olunmaması yanğının geniş miqyaslı olmasını şərtləndirib. "Bu səhlənkarlıqdan ziyan çəkən, kredit, borc ödəyən bizik. Mən Azay Möhnətovdan artıq pul istəmirəm. Mənə dəymiş ziyanı tələbi edirəm. Bazarda hər kəs də bilir ki, mənə 200 000 manatdan artıq ziyan dəyib", deyə Rafiq Ocaqverdiyev vurğulayıb. 

Onun sözlərinə görə, artıq bazarda mağazasını bağlayıb. "Borclara görə işləmək mümkün deyil. İflas həddində olduğumuz üçün mağazanı bağlamaq qərarına gəldik. Beləliklə, neçə ailə çörəkdən məhrum oldu. Azay Möhnətov öz əməlləri ilə faktiki olaraq sahibkarlıq fəaliyyətinə zərbə vurur. Halbuki ölkə rəhbərliyinin yürütdüyü siyasətdə sahibkarlığın inkişafı əsas yer tutur", deyə Rafiq Ocaqverdiyev bildirib. 

İcarədar sonda deyib ki, etdiyi müraciətlərin nəticəsi olacaq: 

"Azərbaycan hüquqi dövlətdir. İnanıram ki, müraciətlərimin bir nəticəsi olacaq. Ola bilər ki, Azay Möhnətov imkanlarına güvənir. Mən isə dövlətə və qanuna güvənirəm".

Seyid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Sentyabr 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see334

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see243

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see236

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see167

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see151

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see150

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see149

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see137

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see135

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see135

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri