Euronews : Qəbələdəki zirvə görüşü Azərbaycanın artan qlobal nüfuzunu təsdiqləyir
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Nüfuzlu "Euronews" telekanalı Qəbələdə baş tutan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci zirvə görüşü ilə bağlı reportaj hazırlayıb.
Oxu.Az xəbər verir ki, telekanalda "Regional birlikdən qlobal təsirə doğru: Azərbaycan türk xalqlarının rolunu müəyyənləşdirir" adlı süjet hazırlanıb.
"Türk dövlətlərinin liderləri Azərbaycanın Qəbələ şəhərində bir araya gəliblər. Bu Azərbaycanın artan qlobal nüfuzunu təsdiqləyir. Ölkə iqtisadi, mədəni və müdafiə sahələrində daha güclü əməkdaşlığa sadiq olduğunu göstərir.
Dəyişən geosiyasi dinamika və artan iqtisadi potensial fonunda türk dövlətləri qlobal səhnədə yeni mövqe qazanırlar.
Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və müşahidəçi dövlətlər - Türkmənistan və Macarıstan liderləri ticarət və nəqliyyatdan tutmuş su idarəetməsi və kosmik texnologiyaya qədər 40-dan çox sektor üzrə əməkdaşlığı genişləndirmək üçün müzakirələr apardılar" - telekanalın yaydığı süjetdə bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 16 Oktyabr 2025 09:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















