Icma.az
close
up
RU
Qəbələdəki Zirvə görüşü TDT nin modern platforma olduğunu sübut etdi

Qəbələdəki Zirvə görüşü TDT nin modern platforma olduğunu sübut etdi

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qəbələdə oktyabrın 7-də keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının XII Zirvə Görüşü bu qurumun yalnız keçmişin dəyərlərinə söykənməyib, həm də gələcəyin siyasi və iqtisadi reallıqlarına cavab verən modern platforma olduğunu bir daha sübut etdi. Bu fikirləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, bu toplantı Türk dünyasının tarixində əlamətdar və mühüm bir mərhələ kimi yadda qalacaq: "Qardaş ölkələrin liderlərinin bir araya gəldiyi mötəbər toplantı yalnız cari dövrün siyasi prosesləri deyil, həm də türk xalqlarının gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından tarixi əhəmiyyət daşıyır. Zirvə görüşü həm diplomatik və geosiyasi, həm də mədəni, iqtisadi və humanitar baxımdan mühüm əhəmiyyətə malikdir. Toplantıda aparılan müzakirələr türk dövlətləri arasında strateji əməkdaşlığın daha da dərinləşməsinə, qarşılıqlı etimadın və birliyin möhkəmlənməsinə xidmət edəcək. Bu görüş həmçinin göstərdi ki, türk dövlətləri təkcə ortaq tarix və mədəni irs üzərində deyil, ortaq məqsədlər və gələcəyə yönəlmiş birgə vizyon əsasında birləşirlər".
Deputat bildirib ki, müstəqil, güclü və inkişaf edən türk ölkələrinin bir araya gəlməsi regionda sabitliyin, təhlükəsizliyin və rifahın təmin olunması baxımından da mühüm amildir: "Prezident İlham Əliyevin də vurğuladığı kimi, ortaq tarix, dil, din və mənəvi dəyərlər türk xalqlarını bir ailə kimi birləşdirir. Bu birliyin gücü yalnız siyasi və iqtisadi sahədə deyil, həm də mədəni və mənəvi müstəvidə özünü göstərir. Türk Dövlətləri Təşkilatı bu dəyərlər üzərində formalaşaraq müasir dövrün tələblərinə uyğun yeni əməkdaşlıq formatları yaradır. Elm, təhsil, gənclər siyasəti, mədəniyyət və informasiya sahələrində görülən işlər türk xalqları arasında daha sıx əlaqələrin qurulmasına şərait yaradır".
S.Salmanova qeyd edib ki, Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında bir sıra vacib məsələlərə toxunaraq Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyət istiqamətləri üçün konkret və praqmatik təkliflər irəli sürdü: "Prezidentin çıxışı təkcə strateji baxışın ifadəsi deyil, həm də türk birliyinin real mexanizmlərlə gücləndirilməsi istiqamətində yol xəritəsi kimi qiymətləndirilə bilər. O təklif etdi ki, 2026-cı ildə Azərbaycanda TDT-yə üzv ölkələrin birgə hərbi təlimləri keçirilsin. İlham Əliyevin bu təklifi türk dövlətləri arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılması, regional sabitliyin möhkəmləndirilməsi və ortaq maraqların qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu təşəbbüs, eyni zamanda, TDT-nin beynəlxalq arenada sabitlik və təhlükəsizliyin təminatçısı olan strateji güc mərkəzi kimi mövqeyini daha da möhkəmləndirəcək".
Deputat vurğulayıb ki, Qəbələdəki Zirvə görüşü Türk Dövlətləri Təşkilatının yalnız keçmişin dəyərlərinə söykənmədiyini bir daha sübut etdi: "TDT həm də gələcəyin siyasi və iqtisadi reallıqlarına cavab verən modern platformadır. Bu toplantı türk xalqlarının ortaq məqsədlər uğrunda birləşmək iradəsini, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan münasibətlərin davamlılığını növbəti dəfə təsdiqlədi".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Oktyabr 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see307

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see304

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see295

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see265

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see260

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see252

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see248

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see243

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see241

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see218

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see216

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see216

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see215

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see212

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see202

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see194

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri