Icma.az
close
up
RU
Euronews TDT nin Dövlət Başçıları Şurasının Qəbələdəki toplantısı ilə bağlı reportaj hazırlayıb

Euronews TDT nin Dövlət Başçıları Şurasının Qəbələdəki toplantısı ilə bağlı reportaj hazırlayıb

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Euronews" telekanalı Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci zirvə görüşü ilə bağlı reportaj hazırlayıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, "Regional birlikdən qlobal təsirə: Azərbaycan türk xalqlarının rolunu müəyyənləşdirir" adlı materialda vurğulanır ki, daxili siyasi və iqtisadi sabitlik, mühüm geostrateji məkan, əlverişli demoqrafik vəziyyət və gənc əhali, geniş nəqliyyat və logistik imkanlar, təbii ehtiyatlar, artan hərbi və hərbi-texniki potensial Türk Dövlətləri Təşkilatını dünya arenasının mühüm oyunçusuna çevirir.

"Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci zirvə görüşü Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, eləcə də müşahidəçi qismində Türkmənistan və Macarıstan liderlərini bir araya gətirdi. TDT uzun müddətdir ki, türkdilli xalqlar arasında əməkdaşlığı inkişaf etdirmək üçün ilkin mandatını aşaraq genişlənib.

O, zaman keçdikcə vəzifələrini 40 istiqamətdə - infrastruktur və ticarətdən su təsərrüfatına və hətta kosmik tədqiqata qədər genişləndirdi", - süjetdə bildirilir.

Həmçinin qeyd olunur ki, Azərbaycan sammitə ev sahibliyi edən ölkə kimi əvvəllər demək olar gündəmə gətirilməyən müdafiə sahəsində əməkdaşlıq mövzusunu gündəmə gətirib.

"Sammit ölkələri sülh və təhlükəsizlik sahəsində qüvvələri birləşdirməyə, müdafiə sənayesini gücləndirməyə, həmçinin mülki xidmətlər və xilasetmə qrupları ilə əməkdaşlığa, hətta birgə təlimlər keçirməyə çağırıb. Üzv dövlətlər münaqişə ocaqları ilə əhatə olunub və təhlükəsizlik hamı üçün zərurətə çevrilib", - Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev bildirib ki, Qəbələ Sammitində liderlər təşkilatla digər ölkələr arasında əməkdaşlığı nəzərdə tutan yeni OTS PLUS təşəbbüsünü qəbul ediblər.

"Özbəkistan türk dövlətlərinin məqsədi maşınqayırma, mədənçıxarma, neft-kimya, əczaçılıq, tekstil və qida sənayesi sahələrində birgə layihələr üçün Türk Sənaye Alyansını formalaşdırmaq olan İqtisadi Tərəfdaşlıq üzrə daimi Şurasının yaradılmasını təklif edib.

Həmçinin ticarətin sürətləndirilməsi və texniki standartların birləşdirilməsi üçün türk ölkələrinin "Yaşıl dəhliz" elektron sisteminin tətbiqi planlaşdırılır", - Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Oktyabr 2025 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri