Icma.az
close
up
RU
Menu

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

Azərbaycanda fabrik direktoru vəfat etdi

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

Euronews : SOFAZ Azərbaycanın Asiya və Avropa arasında birləşdirici halqa rolunu möhkəmləndirir

Euronews : SOFAZ Azərbaycanın Asiya və Avropa arasında birləşdirici halqa rolunu möhkəmləndirir

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (SOFAZ) Çin-ASEAN Birgə İnvestisiya Şurasının yaradılmasında iştirakı ölkənin Asiya və Avropa arasında birləşdirici halqa kimi mövqeyini əks etdirir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Euronews"un məqaləsində qeyd olunub.

SOFAZ bu həftə Syamendə keçirilən Çin Beynəlxalq İnvestisiya və Ticarət Yarmarkasında Çin-ASEAN Birgə İnvestisiya Şurasını yaratmaq üçün beş Asiya suveren və pensiya investoruna qoşulub. Beləliklə, fond 2 milyarddan çox əhalisi olan bazarda fəaliyyət göstərən təşkilatın təsisçiləri arasında yer tutub.

Digər təsisçilərin tərkibinə Çin İnvestisiya Korporasiyası (CIC), Tailandın Dövlət Pensiya Fondu, Malayziyanın "Khazanah Nasional Berhad" və KWAP pensiya fondu, eləcə də "Indonesia Investment Authority" (INA) daxildir. CIC şuranın yaradılması təşəbbüsü ilə çıxış edib, Sinqapurdan olan "CGS International Securities" isə onun katibliyi funksiyalarını yerinə yetirir.

Məqalədə bildirilib ki, 2025-ci ildə Çin və ASEAN arasında ticarət ilk dəfə 1 trilyon dollar həddini aşaraq 1,05 trilyon dollara çatıb, bu da ötən ildəkindən 7,4 % çoxdur. Bununla yanaşı, Cənub-Şərqi Asiya rekord həcmdə – 243,9 milyard dollar birbaşa xarici investisiya cəlb edib, bu da ötən illə müqayisədə 9,7 % çoxdur və bu cür investisiyaların qlobal həcminin 15 %-ni təşkil edir.

"Euronews" qeyd edib ki, SOFAZ-ın bu qrupda iştirakı Azərbaycanın dünya xəritəsindəki mövqeyini əks etdirir. Ölkə Orta Dəhlizdə – Asiya və Avropa arasında yüklərin daşındığı, Xəzər dənizindən keçən dəmir yolu və dəniz marşrutunda yerləşir. 2024-cü ildə Avropa Komissiyası "Global Gateway" proqramı çərçivəsində bu istiqamətin inkişafına 10 milyard avro ayırıb.

Məqalədə həmçinin vurğulanıb ki, nəqliyyat əlaqəliliyi inkişaf etdikcə Azərbaycanın iki region arasında birləşdirici halqa kimi əhəmiyyəti artır.

Məqalədə qeyd olunan SOFAZ-ın məlumatlarına görə, bu marşrutla təkcə yük deyil, həm də kapital daşına bilər. Bu, ona marşrutun Asiya tərəfində investisiya yatıran institutlarla əməkdaşlıq etmək imkanı verir və uzunmüddətli investor üçün tərəfdaşlar dairəsini genişləndirir.

"Euronews" qeyd edib ki, SOFAZ iyulun 1-də yuanla ifadə olunan ilk aktivlərini əldə edərək 2015-ci ildə Çin bazarına daxil olub. 2025-ci ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri zamanı fond CIC ilə anlaşma memorandumu imzalayıb.

2026-cı ilin aprelində bu memorandum investisiyalara çevrilib: SOFAZ CIC və INA ilə birlikdə "Galaxy Orientis China-ASEAN" investisiya proqramını yaradıb.

Birbaşa investisiya fondu ilk mərhələdə hədəflənən 1 milyard dolların təxminən 520 milyon dollarını cəlb edib. O, sənaye, səhiyyə, istehlak sektoru, biznes xidmətləri və texnologiyalara sərmayə yatırır. Proqram şuradan ayrı idarə olunur.

Azərbaycanın neft və qaz gəlirlərini idarə edən SOFAZ iyun ayının sonuna 72,6 milyard dollar məbləğində aktivlərə malik idi.

Məqalədə bildirilib ki, şura ixtisaslaşmış institutlara, yerli bazarlar haqqında biliklərə və investisiya meylləri barədə daha erkən məlumatlara çıxışı təmin edir.

Şura fəaliyyətinə öz kapitalı olmadan başlayır: o, fond deyil və oraya üzvlük investisiya yatırmaq üzrə öhdəlik yaratmır - bu barədə qərarları hər bir təşkilat müstəqil şəkildə qəbul edir. İlk mərhələdə forumlar və birgə tədqiqatlar nəzərdə tutulur, investisiyalar isə iştirakçıların maraqlarının üst-üstə düşdüyü sahələrdə həyata keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://baku.ws
archiveBu xəbər 11 Sentyabr 2026 23:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see346

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see333

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see322

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see319

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see308

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see305

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see277

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see274

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see269

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see265

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see259

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see256

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see239

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see229

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see227

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see224

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see205

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see202

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see200

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri