Icma.az
close
up
RU
Prezidentin Çinə səfəri Azərbaycanın Asiya ilə Avropa arasında əməkdaşlıq körpüsü rolunu möhkəmləndirir RƏY

Prezidentin Çinə səfəri Azərbaycanın Asiya ilə Avropa arasında əməkdaşlıq körpüsü rolunu möhkəmləndirir RƏY

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 2 sentyabr, AZƏRTAC

Azərbaycanın son illərdə həyata keçirdiyi xarici siyasət kursu, xüsusən də strateji tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində atılan addımlar ölkəmizin beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Bunun ən bariz nümunələrindən biri Çinlə münasibətlərin tarixində müşahidə olunan yüksək dinamika və yeni mərhələyə qədəm qoyulmasıdır. Prezident İlham Əliyevin bu il ərzində Çinə ikinci dəfə səfər etməsi ikitərəfli münasibətlərin yalnız iqtisadi çərçivədə deyil, həm də siyasi, humanitar və mədəni aspektlərdə də gücləndiyini göstərir. İmzalanmış Birgə Bəyanat, vizasız rejimin tətbiqi barədə qərar və bir sıra strateji sənədlər bu əlaqələrin möhkəmlənməsini sübut edən faktorlardır. Çinə münasibətdə Azərbaycanın da nümayiş etdirdiyi ardıcıl siyasət və etibarlılıq ölkəmizi bu nəhəng dövlət üçün vacib tərəfdaşa çevirib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib.

Çinlə əməkdaşlıq çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünün xüsusi yer tutduğunu diqqətə çatdıran deputat əlavə edib: “Azərbaycan bu layihənin fəal iştirakçısı kimi həm öz tranzit potensialını artırır, həm də Avropa ilə Asiya arasında qlobal nəqliyyat zəncirinin mühüm halqasına çevrilir. Orta Dəhliz üzərindən keçən yükdaşımalar təkcə region ölkələrinin maraqlarına xidmət etmir, eyni zamanda, beynəlxalq ticarətin şaxələndirilməsi baxımından da əhəmiyyətli rol oynayır. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, eləcə də Zəngəzur dəhlizi kimi layihələr Azərbaycanın bu təşəbbüsdə mərkəzi mövqeyini daha da möhkəmləndirir. Bu prosesin davamlı xarakter alması ölkəmizin gələcək onilliklərdə regional tranzit xəritəsində əsas oyunçu olaraq qalacağını göstərir”.

Müşfiq Məmmədli hesab edir ki, enerji layihələri də Azərbaycanın strateji çəkisini artıran mühüm amillərdəndir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, TANAP və TAP qaz xətləri ölkəmizin enerji resurslarını dünya bazarlarına çıxarmaqla yanaşı, eyni zamanda, regionun enerji təhlükəsizliyinə töhfə verir. Çinlə əməkdaşlıq çərçivəsində isə yeni istiqamətlər ortaya çıxır: alternativ və bərpaolunan enerji sahəsində investisiya imkanları, xüsusilə Günəş və külək enerjisi üzrə layihələr iki ölkə arasında əməkdaşlığı daha da dərinləşdirir. Bu, Azərbaycanın enerji tranzit ölkəsindən enerji istehsal və ixracında yeni texnologiyaları tətbiq edən bir mərkəzə çevrilməsi perspektivini gücləndirir.

“Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) “dialoq tərəfdaşı” statusu da diqqətəlayiq məqamdır. Bu platforma həm təhlükəsizlik, həm iqtisadi, həm də mədəni-humanitar əməkdaşlıq baxımından böyük potensiala malikdir. Azərbaycan bu strukturda yalnız simvolik iştirakçı deyil, praktiki fəaliyyət göstərən, təşəbbüslər irəli sürən və əməkdaşlığa töhfə verən tərəfdaşdır. Gələcəkdə tamhüquqlu üzvlük ehtimalı isə ölkəmizin beynəlxalq təşkilatlardakı mövqelərini daha da gücləndirə bilər. Belə bir addım Azərbaycanın qeyri-neft sektorunda ticarət, logistika, rəqəmsal iqtisadiyyat və texnologiyalar üzrə yeni imkanlar qazanmasına yol açacaq.

Digər mühüm məqam isə Azərbaycanın regional sabitlikdə oynadığı roldur. Çinin dövlət rəhbərliyinin Prezident İlham Əliyevə göstərdiyi yüksək diqqət, məhz ölkəmizin Cənubi Qafqazda sabitlik və əməkdaşlığın təmin edilməsində aparıcı rolunu qəbul etmələri ilə bağlıdır. Azərbaycanın Ermənistanla sülh gündəminə sadiqliyi, eyni zamanda, regional layihələrin hər kəs üçün açıq olması, ölkəmizi etibarlı tərəfdaş və güclü müttəfiq kimi təqdim edir. Bu, həm Çin, həm də digər böyük dövlətlər üçün Azərbaycanı strateji seçimə çevirir”, - deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Çinə budəfəki səfəri çərçivəsində sentyabrın 1-də Türkiyə və Pakistan liderləri ilə keçirilən görüşlər Azərbaycanın yalnız ikitərəfli münasibətlərdə deyil, həm də regional və çoxtərəfli formatlarda fəal iştirak etdiyini göstərir. Çinin Tiencin şəhərində keçirilən “ŞƏT plus” formatlı görüşdə Prezident İlham Əliyevin çıxışı isə Azərbaycanın regional əməkdaşlıq və çoxtərəfli tərəfdaşlığa verdiyi töhfələrin yüksək səviyyədə təqdimatı oldu. Eyni zamanda, dövlətimizin başçısının çıxışı Azərbaycanın çoxtərəfli əməkdaşlıqda tutduğu prinsipial mövqeyi açıq şəkildə nümayiş etdirdi. Bu əməkdaşlıq formatları həm siyasi koordinasiyanı, həm də iqtisadi layihələrin sinxronlaşdırılmasını təmin edir.

Azərbaycan Prezidentinin Çinə budəfəki səfərinin ölkəmizin Asiya ilə Avropa arasında sabitlik, təhlükəsizlik və əməkdaşlıq körpüsü rolunu daha da möhkəmləndirdiyini diqqətə çatdıran deputat sonda əlavə edib: “Ümumiyyətlə, Azərbaycanın xarici siyasət kursu milli maraqlara söykənir və hər bir istiqamətdə konkret nəticələrə yönəlib. Çinlə münasibətlərin yüksəliş dövrü, Orta Dəhliz və enerji xətləri üzərindən tranzit imkanlarının genişlənməsi, bərpaolunan enerji sahəsində perspektivlər, ŞƏT çərçivəsində əməkdaşlıq və regional sabitliyin təmin olunmasında lider mövqelər ölkəmizin beynəlxalq siyasətdə rolunu daha da gücləndirir. Bu, həm Azərbaycanın qlobal arenada nüfuzunu artırır, həm də milli iqtisadiyyatın şaxələndirilməsi və uzunmüddətli inkişafına xidmət edir. Prezident İlham Əliyevin uğurlu diplomatiyası nəticəsində Azərbaycan artıq yalnız regional deyil, həm də qlobal miqyasda strateji tərəfdaş və etibarlı oyunçu kimi qəbul olunur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Sentyabr 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri