Euronews un rəhbəri: Medianın sükanı arxasında süni intellekt yox, insan dayanmalıdır
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Yalnız süni intellektə güvənmək düzgün qərar deyil, düşünən maşına güvənməkdənsə, insana etibar etmək daha məqsədəuyğundur".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu "Euronews" telekanalının baş direktoru Klaus Ştrunts III Şuşa Qlobal Media Forumu çərçivəsində bildirib.
"Mənim süni intellektə güvənmək meylim var. Lakin həqiqətən vacib məsələlərə gəldikdə, mən insan təcrübəsini üstün tuturam. Bu xüsusilə maraqlıdır, çünki forum çərçivəsində eşitdik: nə vaxt ki, nəsə çox vacib olur, insanlar yoxlanılmış mənbələrə - ciddi KİV-ə müraciət edirlər. Qalan 90% hallarda isə onlar başqa bir şeyə güvənirlər. Bu müşahidə mənə çox əhəmiyyətli görünür və bu, müəyyən dərəcədə jurnalistikada süni intellekt haqqında müzakirənin mahiyyətini əks etdirir: texnologiyalar böyük imkanlar açır, lakin sükan arxasında yenə də insan durmalıdır", - o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 21 İyul 2025 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















