“Euronews”un rəhbəri: Azərbaycanla bağlı balanslı mövqeyimizə görə təzyiqlərə məruz qalırdıq
Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.
Azərbaycanla bağlı balanslı mövqeyimizə görə təzyiqlərə məruz qalırdıq.
APA xəbər verir ki, bunu “Euronews”un İdarə Heyətinin sədri Pedro Vargas David Bakıda rəhbərlik etdiyi telekanalın ofisinin açılış mərasimində deyib.
“Mənim Azərbaycana ilk səfərimdən 10 ildən çox vaxt keçib. Bu illər ərzində Azərbaycanın nə qədər dəyişdiyini müşahidə etdim. Onu da qeyd edim ki, bizim Azərbaycana qarşı balanslı möbqeyimiz qəbul edilmirdi. Baş ofisimizin qapısında etirazlar keçirilirdi. Jurnalistlərimizə e-mail hücumları edilirdi. Xəbərlərdə məkan olaraq “Şuşa, Azərbaycan” yazılanda bizə saysız hesabsız e-maillər gəlirdi. Bizdən Şuşanı niyə Azərbaycanın tərkibində olan bir ərazi kimi təsvir etdiyimizi soruşurdular. Biz də onlara beynəlxalq hüququn bu ərazini Azərbaycan torpağı kimi tanıdığını deyirdik. Hətta ötən ilin dekabrında Azərbaycana məxsus sərnişin təyyarəsi vurulanda belə, “Reuters“ qəzanın baş vermə səbəblərinin Rusiyaya sərf edən versiyasını təbliğ edirdi. Biz isə bunu heç vaxt etməmişik”, - Pedro Vargas David qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 17 Noyabr 2025 19:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















