Icma.az
close
up
RU
Ev plana düşəndə kompensasiya məbləği nəyə əsasən təyin edilir? AÇIQLAMA

Ev plana düşəndə kompensasiya məbləği nəyə əsasən təyin edilir? AÇIQLAMA

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Ölkəmizdə ev plana düşüb sökülürsə, kompensasiya məbləği üç variant üzrə hesablanır. Birinci variantda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında fəaliyyət göstərən müvafiq komissiya ərazi üzrə araşdırma aparır və dövlət tərəfindən vətəndaşa ödəniləcək kompensasiya məbləğini müəyyən edir".

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

"Məsələn, 2000-ci illərin əvvəllərində Yasamalda ilk söküntülər zamanı hər kvadratmetr üçün 1 500 manat müəyyən edilmişdisə, ötən il eyni ərazidə bu məbləğ 2 700 manat olub. Bu qərar müvafiq qurumları ümumi razılaşması əsasında qəbul edilir.

İkinci variantda Bakı Şəhəri Şəhərsalma və Arxitektura Komitəsi qiymətləndirici şirkətin seçilməsi üçün satınalma keçirir. Qalib gələn şirkət söküntü aparılan ərazi üzrə qiymətləndirmə aparır və kompensasiya məbləği müəyyən edilərək vətəndaşa təqdim edilir.

Üçüncü variant isə investor tərəfindən müəyyən olunur. Bu halda investorla vətəndaş arasında danışıqlar aparılır və hər iki tərəfi qane edən məbləğ kompensasiya kimi ödənilir. Bu üç variantdan başqa hər hansı digər mexanizm mövcud deyil".

V. Oruc kompensasiyanın necə müəyyən edilməli olduğu ilə bağlı bildirib ki, "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna əsasən, ərazinin bazar dəyəri müstəqil qiymətləndirici tərəfindən müəyyən edilməlidir:

"Bir kvadratmetrin kompensasiya məqsədilə bazar dəyəri hesablandıqdan sonra vətəndaşa ödəniləcək məbləğ müəyyən edilməlidir. Bu prosesdə dövlət qurumunun, investorun, vətəndaşın həlledici söz sahibi olması obyektivliklə bağlı suallar yarada bilər. Buna görə də qiymətləndirmənin müstəqil qiymətləndirici şirkət tərəfindən aparılması daha məqsədəuyğun hesab olunur.

Hazırda kompensasiya, əsasən, sökülən mənzilin və ya fərdi yaşayış evinin bazar dəyərinə uyğun hesablanır. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti olaraq təklif etmişik ki, kompensasiya məbləği həmin ərazidə və ya yaxınlıqda yerləşən yeni tikililərin bazar dəyəri əsasında müəyyən edilsin. Bu halda vətəndaş eyni əraziyə yaxın yerdə yeni mənzil almaq imkanı əldə edər və proses daha ədalətli olar". /banco.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 İyul 2026 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri