Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

Ev tapşırıqları ləğv edilməlidirmi?

Ev tapşırıqları ləğv edilməlidirmi?

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mütəxəssislər keyfiyyətin kəmiyyətdən üstün olduğunu deyirlər

Son dövrlər müxtəlif ölkələrdə ev tapşırıqlarının azaldılması və ya tamamilə ləğv edilməsi ilə bağlı müzakirələr aparılır. Bəzi mütəxəssislər hesab edirlər ki, şagirdlərin məktəbdənkənar vaxtı daha çox istirahətə və şəxsi inkişafına ayrılmalıdır. Digərləri isə ev tapşırıqlarının məsuliyyət hissinin formalaşması, dərsdə əldə olunan biliklərin möhkəmləndirilməsi və müstəqil öyrənmə bacarıqlarının inkişafı baxımından vacib olduğunu bildirirlər.

SİA-nın əldə etdiyi məlumata görə mövzu ilə bağlı tam orta məktəb müəlliminin və təhsil tədqiqatçısının fikirləri öyrənilib.

Bakı şəhəri 82 nömrəli tam orta məktəbin rus dili və ədəbiyyatı müəllimi Ellada Məmmədova bildirib ki, ev tapşırıqları tədris prosesinin vacib hissəsi olaraq qalır.

“Sinifdə şagirdlərin sayı çox olduğuna görə yeni mövzunu dərs zamanı hər bir şagirdlə tam şəkildə möhkəmləndirmək həmişə mümkün olmur. Hər bir uşaq materialı dərs ərzində tam mənimsəyə bilmir. Ev tapşırığı isə şagirdlərə mövzunu evdə bir daha müstəqil şəkildə işləməyə və biliklərini möhkəmləndirməyə kömək edir”, – deyə müəllim bildirib. Onun sözlərinə görə, ev tapşırıqlarının həcmi minimum səviyyədə saxlanılmalıdır.

“Əgər məqsəd qrammatikanı möhkəmləndirməkdirsə, bir qrammatik çalışma və təxminən on test tapşırığı kifayət edir. Testlər vacibdir, çünki buraxılış imtahanlarında qrammatika əsasən bu formatda yoxlanılır”, – deyə həmsöhbətimiz qeyd edib.

Müəllim vurğulayıb ki, kiçikhəcmli esse tapşırıqları da şagirdlərin inkişafı üçün mühüm əhəmiyyət daşıyır: “Belə tapşırıqlar şagirdlərin yaradıcı təfəkkürünü inkişaf etdirir, onlara fikirlərini sərbəst ifadə etməyi və oxuduqları mətn əsasında mühakimə yürütməyi öyrədir”.

Onun fikrincə, ev tapşırıqları şagirdlərdə ilk növbədə müstəqillik bacarığını formalaşdırır: “Şagird müəllimin köməyi olmadan nəzəri materialı yenidən oxuyur, praktik tapşırıqları yerinə yetirməklə biliklərini möhkəmləndirir. Esse kimi yaradıcı tapşırıqlar isə uşaqların təhlil aparmaq, fikirlərini əsaslandırmaq və nitq bacarıqlarını inkişaf etdirməsinə kömək edir”.

Ellada Məmmədova hesab edir ki, ev tapşırığı sistemi müəyyən təkmilləşdirmələrə ehtiyac duyur. Onun sözlərinə görə, ən böyük çətinlik yaradıcı tapşırıqların, xüsusilə esselərin yoxlanılması ilə bağlıdır.

“Dərs vaxtı bütün şagirdlərin esselərini oxumaq və müzakirə etmək mümkün olmur. Buna baxmayaraq, çalışırıq ki, ev tapşırıqlarını mütləq nəzərdən keçirək və şagirdlərin suallarını cavablandıraq”, – deyə müsahibimiz bildirib.

Təhsil tədqiqatçısı Böyükağa Mikayıllı isə açıqlamasında bildirib ki, ev tapşırıqları dərsdə əldə olunan bilik və bacarıqların möhkəmləndirilməsinə xidmət etməli, şagirdin öyrəndiklərini gündəlik həyatla əlaqələndirməsinə imkan yaratmalıdır. Tapşırıqlar yalnız mətn köçürmək, mövzunu əzbərləmək və ya məsələ həll etmək kimi mexaniki fəaliyyətlərlə məhdudlaşmamalıdır.

“Ev tapşırıqları məqsədyönlü, anlaşıqlı, şagirdin bilik və bacarıq səviyyəsinə uyğun və yaradıcı xarakterli olmalıdır. Araşdırma aparmaq, müşahidə etmək, kiçik layihələr hazırlamaq, ailə üzvləri ilə müsahibə keçirmək, təqdimat və ya rəqəmsal məhsul yaratmaq kimi tapşırıqlar şagirdlərdə daha böyük maraq yarada bilər”, – deyə ekspert qeyd edib.

B.Mikayıllının fikrincə, ev tapşırıqlarının tamamilə ləğv edilməsi məqsədəuyğun deyil. Əsas məsələ onların həcmini azaltmaq və daha səmərəli formada təşkil etməkdir: “Şagirdlər gün ərzində kifayət qədər zehni yük daşıyırlar. Buna görə də əsas meyar tapşırığın miqdarı deyil, keyfiyyəti olmalıdır. Tapşırıqlar qısa, məqsədyönlü, şagirdin yaşına və imkanlarına uyğun hazırlanmalıdır”.

Ekspert dünya təcrübəsində də fərqli yanaşmaların tətbiq olunduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Finlandiyada ev tapşırıqları məhdud həcmdə verilir və əsasən dərsdə öyrənilənlərin möhkəmləndirilməsinə xidmət edir. Yaponiya və Sinqapurda tapşırıqlar şagirdlərdə intizam, məsuliyyət və özünənəzarət bacarıqlarını formalaşdırmağa yönəlib. ABŞ və Kanadada layihə, təqdimat, müşahidə və problem həlli xarakterli tapşırıqlardan geniş istifadə olunur. Böyük Britaniyada ev tapşırıqları şagirdlərin yaş xüsusiyyətlərinə uyğunlaşdırılır. Fransa və Almaniyada ailələrin imkanları və şagirdlərin sosial vəziyyəti də nəzərə alınır.

Təhsil tədqiqatçısı hesab edir ki, Azərbaycanda ev tapşırıqları hər hansı xarici model əsasında deyil, uşaqların yaş xüsusiyyətləri, psixoloji hazırlıq səviyyəsi, milli xüsusiyyətləri və elmi araşdırmaların nəticələri nəzərə alınmaqla tənzimlənməlidir.

“Ev tapşırığının həcmi elə müəyyən olunmalıdır ki, şagirdin istirahətinə, ailəsi ilə ünsiyyətinə, fiziki fəaliyyətinə və şəxsi maraqlarına kifayət qədər vaxt qalsın. Əsas meyar tapşırığın çoxluğu deyil, onun şagirdin inkişafına nə dərəcədə xidmət etməsidir. Səmərəli asudə vaxt şagirdin həm təlim uğurlarını artırır, həm də növbəti dərs gününə motivasiyasını yüksəldir”, – deyə Böyükağa Mikayıllı əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 İyul 2026 21:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1006

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see493

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see396

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see316

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see303

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see301

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see280

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see273

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see239

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see222

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see216

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see213

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see211

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see211

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see207

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see204

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see198

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see197

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see197

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri