Icma.az
close
up
RU
Evdə iynə vuran tibb bacıları 5000 manat cərimələnəcək İDDİA

Evdə iynə vuran tibb bacıları 5000 manat cərimələnəcək İDDİA

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Mövsümlə əlaqədar virus-infeksiyaları yenə artıb. Çoxları xəstəlik səbəbindən ən asan variant olaraq tibb bacısını evə çağırtdırıb iynə, sistem vurdururlar. Lakin TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov mediaya açıqlamalarından birində bildirib ki, tibb bacılarına evdə iynə vurmaları qadağandır. Paradoks isə orasındadır ki, bəzi yerlərdə heç tibb məntəqəsi də yoxdur.

Bəs bu halda insanlar nə etsinlər?

Həkim, professor Adil Qeybulla Lent.az-a açıqlamasında bildirib ki, təkcə Azərbaycanda evə tibb bacısı çağırmaq adəti var:

"Dünyanın heç bir yerində evdə venadaxili infuziya, sistem və inyeksiya vurmaq təcrübəsi yoxdur. Bizdə bu, Sovet dövründən qalma ənənədir. Digər ölkələrdə ağır xəstələr üçün hospislər, baxıcılar, xüsusi xəstəxanalar var. Hətta bəzi xəstələrin dərmanlarını qəbul edib-etməmələrinə nəzarət etmək üçün qurumlar da yaradılıb. Evdə tibb bacıları sözdə həkimlərin yazdığı reseptə uyğun iynə vururlar, lakin təəssüf ki, bu reseptlər də çox zaman əldən-ələ keçən, kiminsə, qonum-qonşunun məsləhət gördüyü dərmanlar olur. Hər bir xəstəyə yazılan resept həmin xəstəxanada da icra edilməlidir. Qanun budur.

Təsəvvür edin, tibb bacısı evdə hər hansısa bir inyeksiya edərkən şok durumu yaranır. Bəs o xəstənin aqibəti necə olacaq? Ona ilk yardım göstərilməlidir axı. Ona görə də ən son həddə, hətta ölüm halları da baş verir, yaxud müalicə nəzarətdən çıxır”, - deyə o, fikrini yekunlaşdırıb.

Vüqar Qurbanovun çıxışından sonra danışdığımız tibb bacıları “evdə iynə, sistem vurduğumuzu bilsələr, 5000 manat cərimə edəcəklər”, deyirlər. Bu rəqəm nəyə əsasən müəyyən olunub? Qanunda bununla bağlı maddə, yaxud dəyişiklik əksini tapıbmı?

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli Lent.az-a açıqlamasında bildirib ki, hazırda evdə iynə vurulmasına görə konkret bu qədər manat cərimə şəklində də inzibati tədbir tətbiq edilmə mexanizmi yoxdur:

“Mövzuya bir neçə aspektdən yanaşmaq olar. TƏBİB-in mövqeyi prinsip etibarilə ev şəraitində qeyri-rəsmi tibbi müdaxilələrin (iynə, sistem və s.) riskli olması ilə bağlıdır. Burada əsas arqumentlər sterillik və infeksiya riski, anafilaktik şok kimi ağırlaşmalar zamanı təcili yardım imkanının olmaması, tibbi sənədləşmənin və məsuliyyətin qeyri-müəyyənliyi. Yəni burada məqsəd cəzalandırmaqdan çox pasiyent təhlükəsizliyini qorumaqdır.

Praktikada belə hallar İnzibati Xətalar Məcəlləsi üzrə “lisenziyasız tibbi fəaliyyət” və ya “Sanitar-epidemioloji qaydaların pozulması” maddələri ilə qiymətləndirilə bilər. Bu isə vəziyyətdən asılı olaraq xəbərdarlıqdan cəriməyə qədər dəyişə bilər”.

Deputat onu da qeyd edib ki, ən böyük problem bir çox kənd və qəsəbələrdə tibb məntəqələrinin olmamasıdır:

“Bir çox kənd və qəsəbədə tibb məntəqəsi yoxdur, olan yerlərdə isə iş saatları məhduddur. Yataq xəstələri, yaşlılar, əlillər üçün ora getmək mümkün deyil. Bu reallıqda evə tibb bacısı gəlməsin demək alternativ təqdim olunmadan sosial gərginlik yaradır.

Məncə, qadağa ilə yanaşı mexanizmlər qurulmalıdır. Ailə sağlamlıq mərkəzləri və poliklinikalar yanında rəsmi evdə xidmət qrupları yaradılmalı, həkim arayışı olan pasiyentlər üçün evdə inyeksiya istisna hal kimi qanuniləşdirilməlidir. İnsanlar bilməlidir ki, hansı hallarda sistem lazımdır, hansı hallarda isə özbaşına vurulan sistem zərər verir.

Qanuni alternativ yaratmadan və region fərqlərini nəzərə almadan bu qayda sərtləşdirilsə, insanlar yenə də “gizli yol” tapacaqlar. Əsas məsələ qanunu həyatın reallığına uyğunlaşdırmaqdır”,-deyə deputat fikrini yekunlaşdırıb.

Qeyd edək ki, məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlamışıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://lent.az
archiveBu xəbər 08 Yanvar 2026 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri