Evdə köməksiz vəziyyətdə qalan azyaşlı belə xilas edildi Video
Teleqraf.com saytından alınan məlumata görə, Icma.az bildirir.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə ondördmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2017-ci il təvəllüdlü azyaşlını xilas edərək valideynlərinə təhvil veriblər.
Bu mövzuda digər xəbərlər:Evdə köməksiz vəziyyətdə qalan azyaşlı belə xilas edildi Video
08 Yanvar 2025 11:12
Evdə köməksiz vəziyyətdə qalan azyaşlı belə xilas edildi VİDEO
10 Dekabr 2024 17:33
Evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi Video
11 Yanvar 2025 12:02
Evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi VİDEO
08 Mart 2026 18:20
Baxış sayı:214
Bu xəbər 24 Dekabr 2024 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















