Evdə mahnıya qulaq asmaq üstündə ər arvad dalaşdı, iş məhkəməyə getdi
Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Lənkəranda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun qəsəbələrindən birində baş verib. 1987-ci il təvəllüdlü Taleh həyat yoldaşı Sevda (adlar şərtidir – red.) ilə mübahisə edib.
Mübahisəyə səbəb Talehin birgə yaşadıqları evin yataq otağında uca səslə musiqiyə qulaq asması olub. Belə ki, gecəyarısı o, istifadə etdiyi mobil telefonda musiqini yüksək səslə dinləyib. Bu isə qadının etirazına səbəb olub.
Bunun üstündə ər-arvad arasında baş vermiş mübahisə zamanı Taleh arvadının sifət nahiyəsinə qəsdən bir neçə şillə və yumruq zərbəsi vurub. Nəticədə qadına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktla bağlı Talehin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib. O, əməlindən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını deyib.
Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci, Cinayət-Prosessual Məcəlləsinin isə 40.3 və 305.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.
Fariz Məlikli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun qəsəbələrindən birində baş verib. 1987-ci il təvəllüdlü Taleh həyat yoldaşı Sevda (adlar şərtidir – red.) ilə mübahisə edib.
Mübahisəyə səbəb Talehin birgə yaşadıqları evin yataq otağında uca səslə musiqiyə qulaq asması olub. Belə ki, gecəyarısı o, istifadə etdiyi mobil telefonda musiqini yüksək səslə dinləyib. Bu isə qadının etirazına səbəb olub.
Bunun üstündə ər-arvad arasında baş vermiş mübahisə zamanı Taleh arvadının sifət nahiyəsinə qəsdən bir neçə şillə və yumruq zərbəsi vurub. Nəticədə qadına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktla bağlı Talehin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib. O, əməlindən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını deyib.
Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci, Cinayət-Prosessual Məcəlləsinin isə 40.3 və 305.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.
Fariz Məlikli
Bu mövzuda digər xəbərlər:Zaur və Günay evdə yemək üstündə dalaşdı VİDEO
20 Sentyabr 2025 11:20
26 ilin ər arvadı hamam üstündə dalaşdı, bıçaqlanma KONKRET
08 Oktyabr 2025 20:01
Hökməlidə ər arvad arasında mülk üstündə qanlı dava
21 Noyabr 2025 14:25
Oğuzda uşaq üstündə bir birini döyən ər arvad cərimələndi
06 Oktyabr 2026 16:01
Ər arvad evdə yanıb öldülər
07 May 2025 17:30
Baxış sayı:157
Bu xəbər 31 İyul 2026 21:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















