Icma.az
close
up
RU
Hökməlidə ər arvad arasında mülk üstündə qanlı dava

Hökməlidə ər arvad arasında mülk üstündə qanlı dava

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Abşeron rayonunda ər-arvad arasında yaşanan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin iyunun 17-də rayonun Hökməli qəsəbəsində baş verib. 
Ağsu rayon sakini, 1975-ci il təvəllüdlü Əhməd həmin gün saat 15 radələrində yaşadığı evdə spirtli içki qəbul edib.
Bu zaman qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı İnarə (adlar şərtidir – red.) ona spirtli içki qəbul etməsi barədə irad tutaraq belə etməməsini söyləyib. Əhməd bundan əsəbləşərək arvadına yaşadıqları evi onsuz da satacağını və bir daha onun üzünü görməyəcəyini bildirib. 
Daha sonra isə yumruq zərbəsi ilə arvadını vurub. İnarə aldığı zərbənin təsirindən yerə yıxıldıqdan sonra yumruq və təpiklə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr yetirib. 
Hadisəni törədən Əhmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Əhməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə Hökməli qəsəbəsi, Yeni məhəllə, nömrəsiz fərdi evdə yaşayır: “Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşayırıq. İyunun 17-də, saat 15 radələrində yaşadığım evdə spirtli içki qəbul edərkən, İnarə spirtli içki qəbul etməm barədə irad tutdu. Bundan əsəbləşdim, yaşadığımız evi onsuzda satacağımı və bir daha onun üzünü görməyəcəyimi bildirdim. Daha sonra isə yumruq zərbəsi ilə onu vurub. İnarə aldığı zərbənin  təsirindən yerə yıxıldıqdan sonra yumruq və təpiklə onun bədəninin müxtəlif nahiyələrinə vurdum”. 
İş üzrə zərərçəkmiş İnarənin sözlərinə görə, Əhmədlə 2006-cı ildə ailə həyatı qurub, lakin nikahları olmayıb: “Bizim birgə münasibətimizdən 2008-ci il tarixdə bir övladımız dünyaya gəldi. 2024-cü il tarixdən Hökməli qəsəbəsi, Yeni yaşayış massivində ev alaraq orada yaşayırıq. İyunun 17-də, saat 15:00-da Hökməli qəsəbəsində yaşadığımız evdə olarkən Əhməd spirtli içki qəbul edərək, sərxoş halda anası ilə birlikdə evi  satacağını, mənə mülkdən heç bir pay verməyəcəyini dedi. Bu səbəbdən aramızda mübahisə yarandı. Həmin vaxt əlimdəki kartof soyduğum mətbəx bıçağını aldı, sol qolumdan və qarın nahiyəmdən xəsarətlər yetirdi. Sonra məni yerə yıxdı. Daha sonra Elxan boğaz, sifət nahiyəmdən əl və yumruq zərbələri ilə vurdu”.
Bu işə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Bu səbəbdən işə baxan hakim onun barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Noyabr 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see409

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see366

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see363

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see351

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see300

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see295

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see294

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see280

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see269

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see262

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see252

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see252

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see245

Süni intellektlə beyin əməliyyatı: Dünyada ilk uğur

28 Avqust 2026 22:43see237

Süni intellekt bumu dünya iqtisadiyyatını ayaqda saxlayır WSJ

29 Avqust 2026 11:23see224

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see223

ABŞ da mədəaltı vəzi xərçənginə qarşı inqilabi dərman təsdiqlənib

29 Avqust 2026 11:26see220

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see217

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see210

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri