Icma.az
close
up
RU
Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır ŞƏRH

Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır ŞƏRH

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tarixi Zəfərimizlə, xüsusilə Şuşanın azad olunması ilə Azərbaycan müasir hərb tarixində çox mühüm yeniliklərə imza atdı. Bütün bunlar çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır. Şuşanı və digər yurd yerlərimizi gəzərkən həmin möhtəşəm hərbi əməliyyatlarda iştirak edib şəhid olan qardaşlarımızı ehtiramla anırıq. Onların qəhrəmanlığı, əsgərlərimizin şərəfli döyüş yolu gələcək nəsillər üçün örnəkdir.

Bütün çətinliklərə baxmayaraq, düşünürük Qüzey Azərbaycanın, xüsusilə Şuşa və Xankəndi daxil olmaqla bütün ərazilərini azad görmək xoşbəxtlikdir. 44 günlük Vətən müharibəsi yalnız Azərbaycanda deyil, bütün türk dünyasında canlanmaya səbəb oldu. Etiraf etmək lazımdır ki, Azərbaycanın tarixi qələbəsindən sonra uzun müddət Rusiyanın təhdidləri ilə üzləşmiş Mərkəzi Asiya Respublikalarında yeni dönəm başladı. Həmin ölkələr Türk Dövlətləri Təşkilatı (TDT) ilə əməkdaşlıqda xeyli fəallaşdılar. Kifayət qədər bağlılığı olan, oxşar kökdən, mədəni dəyərlərdən şaxələnən türk xalqları və dövlətləri arasında yeni dönəm başladı. Hətta həmin türk dövlətlərinin bəziləri işğaldan azad olunmuş bu ərazilərə, Qarabağa quruculuq işləri üçün sərmayələr ayırdılar. Düşünürük bu müsbət tendensiya daha da genişlənəcək.

Digər tərəfdən 44 günlük Vətən müharibəsi xülyalarla yaşayan, separatizmə və terrora meylli dünya erməniliyinə və onların himayədarlarına ciddi zərbə idi. Şəbəkələşmiş həmin qüvvələr bu gündə boş dayanmırlar. Hətta ABŞ-dakı aralıq seçkilər zamanı Demokrat Partiyasından qanunverici orqana yeni düşən bəzi ermənipərəst deputatlar ilk addımlarında sayıqlamalara yol verdilər. Ermənilərin müqəddəratından, Qarabağ ermənilərindən danışdılar. Bütün bunlar başqa söhbətin mövzusu olsa da, sülhə, sabitliyə, Azərbaycanın ərazi bötövlüyünə təhdidlərin qaldığını unutmamalıyıq. Və bu istiqamətdə çox aktiv şəkildə adekvat tədbirlərin görülməsi, diplomatiyamızın daha da çevik olması zəruridir. Unutmamalıyıq ki, düşmən və dost olmayan qüvvələr hər zaman pusqudadır.

Nəhayət ki, Zəfərimizə uyğun cəmiyyət qurmalıyıq. Quruculuq prosesi Vətəndaş Cəmiyyətinin rolunu artırmaqla, vətəndaş məmnunluğunu təmin etməklə, rifahını yüksəltməklə, keyfiyyətli təhsilə nail olmaqla və digər istiqamətlərdə davam etməlidir. Ümumilikdə postmüharibə dövründə QHT-lərin potensialından düzgün yararlanmaq faydalı olar.

Dövlətimiz qüdrətli, Zəfərimiz mübarək, müstəqiliyimiz əbədi olsun!

Əkrəm Bəydəmirli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Noyabr 2026 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri