Icma.az
close
up
RU
“Evdə oturmuşduq, birdən anam qışqırdı...” Ləman həmin gündən danışdı...

“Evdə oturmuşduq, birdən anam qışqırdı...” Ləman həmin gündən danışdı...

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Yasamalda biri uşaq olmaqla üç nəfərin ölümü ilə nəticələnən dəhşətli yanğın hadisəsində ittiham olunan Bəhruz Paşayevin məhkəmə araşdırması davam edir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hazırki mərhələdə zərərçəkmiş şəxslər ifadə verir.

Dəhşətli yanğın nəticəsində vəkil Əli Qəmbərovun 7 yaşlı qızı, Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli və 42 yaşlı Samir Məmmədov həlak olublar.

Mərhum Könül Vəlibəylinin qızı Ləman Qulamova isə tüstüdən zəhərlənib, bu günə kimi vəziyyəti ağır olaraq qalır. Bugünkü məhkəmədə elə Ləman ifadə verib. O, dayısının köməyi ilə məhkəməyə gətirilib. Qızın vəziyyətinin pis olduğu açıq-aşkar göz önündədir.

26 yaşlı Ləman 11 aydır Bakıda və İstanbulda bir neçə dəfə əməliyyat keçirib, indiyə kimi ağızdan qidalana bilmir, səs tellərində problem var. Ləman zəif tonlu səsi ilə həmin dəhşətli günü belə xatırlayıb: “Evdə oturmuşduq, birdən anam qışqırdı ki, binada yanğın var. Tez evdən çıxıb aşağı qaçmaq istədik. Bir mərtəbə düşəndən sonra huşum itdi. 10 gün sonra ayılanda artıq komada idim. Hələ də sağalmıram, müalicələrin bir nəticəsi yoxdur”.

Fotoda: Ləman Qulamova

Babək Pənahovun sədrlik etdiyi hakimlər Ləmanı çox yormayıblar, o, ifadə verən kimi evə yola salınıb.

Təqsirləndirilən şəxs də uşağın bu vəziyyətinə çox pis olduğunu deyib. Ondan üzr istəyib: “Xahiş edirəm, məni bağışla. Mənim özümü də aldadıblar. Səhərdən-axşama kimi işləyirdim, axırda belə oldu. Bağışla məni”.

Təqsirləndirilən şəxsin bu sözləri Ləmanın dayısını və babasını özündən çıxarıb: “Vicdanın olsaydı, qohumlarından bir nəfər də olsa, bu günə kimi uşağa baş çəkərdi. Heç kim maraqlanmır. Sən bağışlanmazsan”.

Qeyd edək ki, Bəhruz Paşayev yanğın baş verən binanın aşağısında yerləşən “Loft Dent” stomatoloji klinikasının direktoru olub. İttihama görə yanğın həmin klinikadan başlayıb.

Prokurorluq tərəfindən aparılan istintaqla Bəhruza Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma- ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Təqsiri sübuta yetirilsə, onu 5 ildən 10 ilə kimi həbs cəzası gözləyir.

Sail Ağasəlim

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Noyabr 2026 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see379

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see322

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see317

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see289

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see288

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see272

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see271

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see266

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see261

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see254

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see251

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see250

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see242

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see237

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see236

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see231

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see231

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see224

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see206

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri