Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Evdə saxladığınız pullarla bağlı vacib xəbər Banklar bunu pulsuz edir

Evdə saxladığınız pullarla bağlı vacib xəbər Banklar bunu pulsuz edir

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Evdə azyaşlı uşaqların əskinasları cırması, siçanların pulun bir hissəsini gəmirərək yararsız hala salması və digər bu kimi hallar vətəndaşların maddi itki ilə üzləşməsinə səbəb olur. Belə vəziyyətlərdə zədələnmiş əskinasların dəyişdirilməsinin mümkün olub-olmaması ilə bağlı suallar yaranır.

Bəs cırılmış, yanmış, islanmış və ya bir hissəsi itmiş pulların dəyişdirilməsi hansı qaydada həyata keçirilir?

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan vəkil, Azərbaycan İstehlakçılar Şurasının sədri Roman Qaraşov bildirib ki, zədələnmiş manatları müəyyən şərtlərlə tam dəyərində dəyişmək mümkündür: Pepperoni pizza

“Cırılmış yanmış islanmış və ya başqa səbəbdən zədələnmiş manat əskinası avtomatik olaraq dəyərini itirmir. Bu məsələ birbaşa “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 40-cı maddəsi ilə tənzimlənir. Qanunun 40.2-ci maddəsinə görə əskinasın bütöv bir hissəsi və ya eyni əskinasa məxsus ardıcıl hissələri onun ümumi səthinin azı 60 faizini təşkil edirsə və üzərindəki iki seriya nömrəsindən ən azı biri tam saxlanılıbsa Mərkəzi Bank həmin əskinasın nominal dəyərini ödəyir. Yəni 100 manatlıq pulun 60 faizdən çox hissəsinin qalması və qanunun seriya nömrəsinə dair tələbinin ödənilməsi vətəndaşa 60 manat deyil tam 100 manat almaq hüququ verir. Burada 60 faiz pulun nə qədərinin ödəniləcəyini yox əskinasın dəyişdirilməsi üçün minimum saxlanılmalı fiziki hissəni müəyyən edir”.

R. Qaraşov qeyd edib ki, pul bir neçə yerə cırılıbsa, bütün hissələrini saxlamaq lazımdır:

“Əskinas bir neçə hissəyə parçalanıbsa vəziyyət ayrıca qiymətləndirilir. Qanunun 40.3-cü maddəsinə görə eyni əskinasa aid ardıcıl olmayan hissələr birlikdə səthin azı 60 faizini təşkil etdikdə və hər iki seriya nömrəsi tam saxlanıldıqda onun nominal dəyəri də ödənilə bilər. Praktik baxımdan buna görə cırılmış pulun parçalarını atmaq düzgün deyil. Uşaq əskinası bir neçə yerə cırıbsa və ya siçan onun müəyyən hissəsini zədələyibsə qalan bütün hissələri birlikdə banka təqdim etmək lazımdır. Əgər bank həmin hissələrin eyni əskinasa məxsusluğunu və ya saxlanılmış sahəni müəyyən edə bilmirsə “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri dəyişdirilməsi və ekspertizası Qaydaları”nın 4.10-cu bəndinə əsasən vətəndaşın razılığı ilə pul Mərkəzi Banka ekspertizaya göndərilə bilər. Həqiqiliyi şübhə doğuran pul isə müştəriyə geri qaytarılmır və ekspertizaya təqdim olunur”.

Onun sözlərinə görə, zədələnmiş pulları banklara və ya Mərkəzi Banka vermək olar, lakin bəzi hallarda onların yoxlanılması tələb olunur:

 “Bankların məsələyə münasibətində də bir incəlik var. Zədələnmiş milli pul nişanı dəyişdirilmək üçün həm banka həm də Mərkəzi Banka təqdim edilə bilər. Lakin hər bir zədələnmiş pulun kassada dərhal dəyişdirilməsi tələb edilə bilməz. Əskinas qanunda göstərilən meyarlara cavab vermirsə həqiqiliyi şübhəlidirsə yaxud saxlanılmış hissənin ölçüsünü müəyyən etmək mümkün deyilsə bank onu adi qaydada dəyişməyə bilər və ekspertiza proseduru tətbiq olunar. Mərkəzi Bankın müəyyən etdiyi texniki qaydada əskinasın sahəsi 200 bərabər hissəli xüsusi cədvəl vasitəsilə ölçülür və 120 hissənin saxlanılması 60 faiz kimi qəbul edilir. Ona görə bu məsələdə kassirin subyektiv olaraq “pul çox cırılıb” deməsi kifayət deyil. Əskinasın qanuni və texniki meyarlara uyğunluğu müəyyən edilməlidir”.

Vəkil xarici valyutaların dəyişdirilməsi qaydasının fərqli olduğunu vurğulayıb:

“Xarici valyutaya isə eyni qayda avtomatik tətbiq edilmir. “Mərkəzi Bank haqqında” Qanunun 40.6-cı maddəsi açıq şəkildə müəyyən edir ki xarici valyutada olan pul nişanlarını Azərbaycan Mərkəzi Bankı dəyişdirmir. Buna görə zədələnmiş dollar avro və digər xarici valyuta ilə bağlı kommersiya bankına müraciət edilməli və həmin bankın xarici valyutanın qəbulu inkassosu və dəyişdirilməsi üzrə prosedurları nəzərə alınmalıdır. ABŞ dolları və avro üçün onların emitentlərinin ayrıca qaydaları mövcuddur. Deməli manat üçün nəzərdə tutulan 60 faiz və seriya nömrəsi tələblərini dollar və ya avroya birbaşa tətbiq etmək hüquqi baxımdan düzgün deyil”.

O bildirib ki, manatın dəyişdirilməsi Mərkəzi Bankda və operator banklarda pulsuzdur:

“Xidmət haqqına gəlincə burada da Mərkəzi Bankla kommersiya banklarını fərqləndirmək lazımdır. Mərkəzi Bankda milli pul nişanlarının dəyişdirilməsi ödənişsiz aparılır. Hazırkı mexanizm çərçivəsində Mərkəzi Bankın müəyyən etdiyi operator banklarda da milli pul nişanlarının dəyişdirilməsi ödənişsiz həyata keçirilir. Digər kommersiya bankları isə Mərkəzi Bankın qaydalarının 4.6-cı bəndinə əsasən öz tarif siyasətindən asılı olaraq bu əməliyyatı ödənişli və ya ödənişsiz həyata keçirə bilərlər. Buna görə vətəndaş zədələnmiş manatı dəyişdirərkən komissiya ödəmək istəmirsə Mərkəzi Banka və ya onun müəyyən etdiyi operator banka müraciət edə bilər. Xarici valyutada isə inkasso ekspertiza və xaricə göndərilmə kimi əlavə əməliyyatlara görə bankın tarifinə uyğun xidmət haqqı yarana bilər. Yəni vətəndaş cırılmış yanmış islanmış və ya gəmirici tərəfindən zədələnmiş manatı dərhal yararsız hesab edib atmamalıdır. Əsas məsələ əskinasın həqiqi olması saxlanılmış hissəsinin qanunda müəyyən edilən həddə çatması və tələb olunan seriya nömrələrinin qorunmasıdır. Bu şərtlər mövcuddursa pul öz nominal dəyəri ilə dəyişdirilir. Şübhəli və mürəkkəb hallarda isə son hüquqi və texniki qiyməti Mərkəzi Bankın ekspertizası verir”.

Əsmətxanım Rzazadə


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 06 Noyabr 2026 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see956

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see528

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see381

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see350

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see308

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see291

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see286

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see278

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see263

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see261

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see257

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see246

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see242

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see241

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see238

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see222

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see207

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see197

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri