“Evdə tək” filmi gerçək oldu: Ailə 7 yaşlı uşağını təyyarədə unudub
Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Braziliyada baş verən hadisə hava limanlarında təhlükəsizlik və sərnişinlərin təxliyəsi prosedurlarını gündəmə gətirib. San-Pauludan Porto-Aleqreyə uçan bir ailə təyyarəni tərk edərkən 7 yaşlı övladlarını salonda unudub.
Banco.az xəbər verir ki, hadisəni təxminən 20 dəqiqə sonra aşkar edən kapitan pilot hava hərəkətini idarəetmə qülləsinə qeyri-adi vəziyyətlə bağlı məlumat verib.
Hadisəni kapitan pilot aşkar edib
Hadisə noyabrın 14-də Braziliyanın San-Paulu şəhərindəki Quarulhos hava limanından havaya qalxan LATAM Hava Yollarına məxsus LA3420 saylı reysdə baş verib. Porto-Aleqredəki Salqado Filho Beynəlxalq Hava Limanına enən təyyarədə sərnişinlərin boşaldılması prosesi başa çatıb.
Lakin təxminən 20 dəqiqə sonra kapitan pilot təyyarədə 7 yaşlı uşağın qaldığını görüb. O, radio əlaqəsi vasitəsilə hava hərəkətini idarəetmə qülləsinə müraciət edərək bir ailənin təyyarədən enərkən övladını unutduğunu bildirib.
Ailənin təyyarəyə qayıtmasına icazə verilməyib
Vəziyyətin qeyri-adi olduğunu bildirən kapitan pilot təyyarəyə yerüstü xidmət əməkdaşının göndərilməsini istəyib.
Təhlükəsizlik qaydalarına görə, uşağın ailəsinin yenidən təyyarəyə minməsinə icazə verilməyib. Təyyarə heyətinin nəzarətində saxlanılan uşaq hava limanı əməkdaşlarının köməyi ilə ailəsinə təhvil verilib.
Hadisə zamanı hər hansı xəsarətin olub-olmadığı barədə isə məlumat verilməyib.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 18 Noyabr 2026 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















