Evdən qaçan tısbağa 9 ayda bir kilometrdən çox sürünüb
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
İngiltərədə sahibləri tısbağasını itdikdən 9 ay sonra tapdılar.
Redaktor.az xəbər verir ki, bu barədə "Daily Mail" yazır.
Məlum olub ki, bu müddət ərzində ev heyvanı bir kilometrdən bir qədər çox sürünüb.
Leonardo adlı tısbağa 2024-cü ilin yayında Kambriyanın Ulverston şəhərindəki evinin bağçasından yoxa çıxıb. Onun sahibi Reyçel Etçes dərhal ev heyvanını tapmaq üçün sosial media kampaniyasına başlayıb.
"Bu, tamamilə mənim günahım idi. Biz bağda idik, bir az diqqətimi yayındırdım və Leonardo sadəcə gözdən itdi", - deyə qadın xatırlayır.
Reyçel ümidli qalıb, amma ən pisindən qorxub — çünki Leonardo 13 il közərmə lampası altında isti və rahat yaşamışdı və qışda çöldə sağ qalma ehtimalı az görünürdü. Bununla belə, onun fikrincə, tısbağa qış yuxusuna girib, yalnız yazda havalar istiləşəndə oyana bilərdi.
Heyvanı Etçesin evindən bir kilometr aralıda itlərini gəzdirən bir kişi təsadüfən tapıb. O, küçədə yavaş-yavaş sürünən tısbağa görüb və onu Little Beasties pet mağazasına təhvil verib. Mağaza işçiləri isə öz növbəsində amfibiyaların qanuni sahibini tapmağa kömək ediblər.
Turan İSMAYIL
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 30 Aprel 2025 19:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















