Everestdə qar fırtınası: 350 turist xilas edildi, yüzlərlə insan hələ də dağda qalıb
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Tibetdə Everest dağının yamacında bir həftəyə yaxındır güclü qar fırtınası nəticəsində ilişib qalan turistlərdən 350-si təhlükəsiz şəkildə dağdan endirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Bildirilib ki, xilas edilən turistlərin hamısının vəziyyəti qənaətbəxşdir.
Bundan başqa dağda qalan daha 200-dən çox insanla əlaqə yaradılıb. Onların yaxın vaxtlarda xüsusi xilasetmə qrupunun müşayiəti ilə yamacdan endiriləcəyi gözlənilir.
Qeyd edək ki, oktyabrın 4-də Şiqadze şəhər dairəsinin Dinci qəzasında güclü qar fırtınası başlayıb. Nəticədə əsas turist marşrutları tamamilə bağlanıb, dağa qalxan təxminən 1000 nəfər buzla örtülmüş yollar səbəbindən hərəkət edə bilməyib. Onlar dəniz səviyyəsindən 4900 metr yüksəklikdə yerləşən düşərgədə ilişib qalıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 06 Oktyabr 2025 10:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















