Icma.az
close
up
RU
Evində bir neçə nəfər qeydiyyatda olanların nəzərinə

Evində bir neçə nəfər qeydiyyatda olanların nəzərinə

Icma.az bildirir, Metbuat portalına istinadən.

Mənzil məsələlərində tez-tez rast gəlinən problemlərdən biri də həmin ünvanda qeydiyyatda olan şəxslərlə bağlıdır. Xüsusilə bir mülkiyyətdə bir neçə nəfərin qeydiyyatda olması sonradan mənzil sahibi üçün çətinlik yarada bilər. Bəs digər şəxslərin qeydiyyatdan çıxarılması necə həyata keçirilir?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Metbuat.az-a açıqlamasında bildirib ki, bir şəxsin müəyyən ünvanda qeydiyyatda olması ona həmin mənzildə yaşamaq hüququ yaradır.

Onun sözlərinə görə, qeydiyyatdan çıxma iki formada həyata keçirilir: birincisi şəxsin könüllü şəkildə başqa ünvana qeydiyyata düşərək əvvəlki ünvandan qeydiyyatdan çıxması; ikincisi isə mülkiyyət sahibinin məhkəmədə qaldırdığı iddia əsasında şəxsin məhkəmə qaydasında qeydiyyatdan çıxarılmasıdır:

“Əgər mənzil yeni sahib tərəfindən alınıbsa və mənzildə əvvəlki dövrdən qeydiyyatda olan şəxslər qalırsa, bu halda mənzil alqı-satqısı notarial qaydada rəsmiləşdirilərkən qeydiyyatda olan şəxslərin satışla bağlı razılığı, eləcə də onların qeydiyyatdan çıxacaqları müddətə dair öhdəlikləri mütləq şəkildə notarial qaydada tələb edilməlidir”.

E.Fərzəliyev qeyd edib ki, əgər mənzildə qeydiyyatda olan şəxslər könüllü şəkildə qeydiyyatdan çıxmırlarsa və mənzil sahibi onları qeydiyyatdan çıxarmaq istəyirsə, bu zaman məhkəməyə müraciət edilməlidir:

“Məhkəmə qaydasında həmin şəxslərin qeydiyyatda olduqları ünvana məhkəməyə çağırış məktubları göndərilir. Əgər çağırışlara bir neçə dəfə cavab verilməzsə və şəxslər məhkəmə iclaslarına gəlməzsə, məhkəmə qərarı əsasında onlar həmin ünvandan qeydiyyatdan çıxarıla bilərlər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 25 Dekabr 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri