Evində ölü tapılan Hollivud ulduzu milyonluq sərvətini övladlarına miras qoymayıb
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Hollivud aktyoru Cin Hekman çoxmilyonluq sərvətindən övladlarına heç nə miras qoymayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
Hekmanın əmlakı 80 milyon dollar dəyərində qiymətləndirilir. Ulduzun agentinin dərc etdiyi vəsiyyətə görə, o, bütün pul və var-dövlətini həyat yoldaşı, pianoçu Betsi Arakavaya qoyub. Sənəddə onun uşaqları - Kristofer, Elizabet və Leslinin adı çəkilməyib.
Arakavanın vəsiyyətnaməsində isə qeyd olunub ki, əri ondan artıq yaşamasa belə, onun bütün əmlakı şəxsi nümayəndəsinin idarəçiliyinə verilməlidir. Nümayəndə onun son vəsiyyətinə əsasən, pulu xeyriyyəçilik məqsədləri üçün istifadə etməlidir.
Cütlüyün 3.8 milyon dollarlıq, 800 kvadratmetrlik evinin necə bölünəcəyi məlum deyil.
Hekmanın böyük oğlu Kristofer artıq öz hüquqlarını müdafiə etmək üçün miras məsələləri üzrə ixtisaslaşmış təcrübəli vəkil ilə müqavilə bağlayıb.
Xatırladaq ki, cütlük fevralın sonlarında evlərində cansız vəziyyətdə tapılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:376
Bu xəbər 15 Mart 2025 05:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















