Evinə gələn kuryeri sevindirdi Gündəm oldu+Fotolar
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
İspaniya millisinin müdafiəçisi Marc Cucurella növbəti dəfə səmimi davranışı ilə gündəmə gəlib.
“Qafqazinfo” “The Sun” nəşrinə istinadən xəbər verir ki, o, ünvanına çatdırılma edən ingilis kuryer Qarinin xahişini geri çevirməyib.
Belə ki, kuryer onun Dünya Kubokunda qazandığı qızıl medalı yaxından görmək istəyib. Cucurella isə onun bu istəyini geri çevirməyərək medalı kuryerin boynuna taxmasına icazə verib.
Kuryer yaşadığı təəssüratı sosial şəbəkə hesabında bölüşərək futbolçu haqqında bunları yazıb:
“Bu gün məktubları çatdırarkən yerli Dünya Kuboku çempionu Marc Cucurella ilə söhbət etmək şansım oldu. Çox səmimi və təvazökar insandır. Mənə qalibiyyət medalını tutmağa icazə verdi. Düşünürəm ki, son 60 ildə Dünya Kuboku qaliblərinin medalını boynuna taxan ilk ingilis mən oldum”.
Şərhlərdə futbolçunu “əsl centlmen”, “təvazökar insan” və “səmimi futbolçu” adlandırıblar.



Baxış sayı:76
Bu xəbər 03 Avqust 2026 23:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















