Evini əxlaqsızlıq yuvasına çevirən qadın tutuldu
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Şəki şəhərində yaşadığı mənzili əxlaqsızlıq yuvasına çevirmiş qadın cinayət məsuliyyətinə cəlb edilib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Şəki Şəhər Məhkəməsinin hökmü ilə şəhər sakini 1969-cu il təvəllüdlü Dilbər Yusifova (şərti ad-soyadlı) 1 il 6 ay müddətə həbs edilib. O, məhkəmə zalındaca tutularaq cəzasını çəkəcəyi müəssisəyə göndərilib.
Bildirilib ki, D.Yusifova pul qarşılığında müxtəlif şəxslərlə görüşən həmcinslərinə öz evində şərait yaradıb və əldə edilən pulun yarısını özünə götürüb. Onun əxlaqsızlıq yuvası yaratmaqla yanaşı, bir neçə qadını fahişəliyə cəlb etməsi də müəyyən edilib.
İstintaq zamanı ifadə verən şəxslər bildiriblər ki, D.Yusifovanın evinin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsini xeyli insan bilib və orada mütəmadi görüşlər təşkil edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 243 və 244-cü (Fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvası saxlama) maddələri ilə cinayət işi açılıb.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 20 Noyabr 2024 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















