Icma.az
close
up
RU
“Evlənəndə özünə heç xeyir dua verilməyib, 2 3 dəfə ər dəyişib, amma xına yaxır” FOTO+ÖZƏL

“Evlənəndə özünə heç xeyir dua verilməyib, 2 3 dəfə ər dəyişib, amma xına yaxır” FOTO+ÖZƏL

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Bir neçə gün öncə ölkəmizdə Ailə və Toy sərgisi fəaliyyətə başladı. “Paşa event”-in rəhbəri Elxan Paşayevin ərsəyə gətirdiyi layihənin məqsədi milli irsimiz, toy və ailə adət ən-ənələrimizi yaşatmaq idi. Bütün böyük şirkətlər burada öz stentləri və təqdimatları ilə çıxış edirdilər. Xına sahəsini bu sərgidə mən təmsil etdim. Biri hind rəqsi etdi, biri əynini soyunub lütləndi. Hərə öz tamaşaçısını axtarırdı. Mən isə milliliyi qoruyurdum. İnsanlar da, aidiyyatı qurumlar da bunu gördü. Mən bundan çox xoşbəxtəm. Bu layihəni dövlətimiz də dəstəkləyir. Çox qəribədir ki, sərgidə sima olaraq təkcə mən idim, amma qalan hər kəsin bir biznesi var idi. Ona görə də hamıyla şəkil çəkdirmək məcburiyyətində qalırdım. Gün ərzində heç olmasa 300 nəfərlə şəkil çəkdirirdim. Həqiqətən də belə bir mötəbər sərginin mərkəzində olmaq və iştirak etmək böyük fəxrdir”

Bunu Moderator.az-a açıqlamasında tanınmış şairə Nazilə Səfərli deyib. O daha sonra bildirib ki, hər insan xına yaxa bilməz:

“Xına bütün qızların ata evindəki sonuncu ziyafətidir. Keçmişdə qızlara toy etməzdilər. Qız uşaqları yalnız xına ilə kifayətlənirdi. O vaxt gəlinin ən böyük bəzəyi onun isməti idi, qaşları alınırdı, üzü dəyişirdi. Saçlarını da yuyub bir tərəfə toplayırdılar. Uzaq başı saçlarını aça bilərdilər. Daha indiki gəlinlər kimi gedib salonların qabağını kəsdirmirdilər ki, 8 saat makiyaj olunsunlar. Xına o vaxtdan bizə qalıb. Qız evində xına, oğlan evində toy olurdu. Xına gəlib şəhərə çatanda, biznesə çevriləndə ifrata varan nüanslar oldu. Ürək ağrısı ilə deyirəm ki, qurunun oduna yaş da yanır. Yersiz danışıqlar, yersiz haxıştalar, ayıb olan söhbətlər xınanı da son zamanlar gözdən salmağa başlayır. Əlbəttə ki, bunu bilənlər bilir, bilməyən insanlar da kimi gəldi, kim soyunur onu çağırır. Xınayaxanların içində bir neçəsi var ki, özü ərə gedəndə ona xeyir-dua verilməyib, heç başıbütöv deyil, özü iki-üç dəfə ər dəyişib. Fərqli-fərqli insanlar var. Onlar nə bilsinlər ki, pula görə irəlidə xına bazarına girəcəklər? Gəliblər, şou göstərirlər. Bu millət də şounu sevir də. Elə xınayaxan var ki, özünün toyu olur, xına yaxdırmır. Özünə layiq bilmir, amma hamıya layiq bilir. Onlar daha yaxşı işləyir əslində. Neynir düz yolla getsin. Əyri yol daha gözəl deyil? Ona görə də deyirlər ki, əyri ağac ömrünü yaşayır, düz ağacı taxta edib döşməyə vururlar” deyə Nazilə Səfərli bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Oktyabr 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see237

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see208

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see207

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see179

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see171

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see167

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see155

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see148

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see148

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see146

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see138

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri