Icma.az
close
up
RU
Əvvəl aliment ödənilir, yoxsa kredit? Çox verilən suala CAVAB

Əvvəl aliment ödənilir, yoxsa kredit? Çox verilən suala CAVAB

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bəzən vətəndaşların həm aliment, həm də banka kredit borcu olur, yəni eyni anda bir neçə maliyyə öhdəliyini yerinə yetirməli olurlar. 

Zamanında ödənilmədikdə bu borcların hər ikisi icra mərhələsinə keçərək məhkəmə qərarı ilə vətəndaşın maaşından tutulur. 

Belə hallarda isə əsas sual yaranır:vətəndaşın qazancından çıxılan məbləğ ilk növbədə hansı istiqamətə yönəldilməlidir – uşağın təminatı üçün nəzərdə tutulan aliment ödənişinə, yoxsa bank qarşısındakı kredit borcuna? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü, insan hüquqları üzrə ekspert, hüquqşünas Roman Qaraşov bildirib ki, borclunun gəlirindən tutulmuş pul bütün tələbləri eyni anda ödəməyə kifayət etmədikdə, ödənişlər müəyyən ardıcıllıqla həyata keçirilir: 

“Əgər vətəndaşın həm aliment, həm də bank qarşısında borcu varsa, bu zaman onun maaşından və ya digər gəlirindən tutulan məbləğin hansı borcun ödənilməsinə yönəldiləcəyi qanunla müəyyən edilir.

“İcra haqqında” Qanunun 75-ci maddəsinə əsasən, borclunun gəlirindən tutulmuş pul bütün tələbləri eyni anda ödəməyə kifayət etmədikdə, ödənişlər müəyyən ardıcıllıqla həyata keçirilir. Bu ardıcıllığa görə, ilk növbədə aliment və sağlamlığa vurulmuş zərərin ödənilməsi ilə bağlı borclar təmin olunur. 

Yalnız bu ödənişlər tam yerinə yetirildikdən sonra digər borclar, o cümlədən bank kreditləri ödənilə bilər. Bu yanaşma ondan irəli gəlir ki, aliment sosial xarakter daşıyır və uşağın, ailə üzvlərinin dolanışığının təminatına xidmət edir, yəni cəmiyyət üçün daha vacib hesab olunur”. 

Hüquqşünas qeyd edib ki, bu qayda təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə tətbiq edilir: 

“Məsələn, Almaniya, Fransa və digər Avropa ölkələrində də aliment ödənişləri hər zaman bank borclarından üstün tutulur. Hətta beynəlxalq sənədlərdə, o cümlədən BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasında uşağın maraqlarının hər şeydən üstün olduğu qeyd olunur. 

Ona görə də istər milli qanunvericilikdə, istərsə də beynəlxalq təcrübədə aliment borcu sosial məsuliyyət kimi qiymətləndirilir və onun ödənilməsi bütün digər maddi öhdəliklərdən əvvəl gəlir”. 

Gülər 
“Cebheinfo.az”

Açar sözlər: aliment kredit Roman Qaraşov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:341
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Noyabr 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri